Alimlər tərəfindən beyin toxumalarında aşkar edilmiş zədələnmələr COVID-19-u ağır keçirdən xəstələrin nəyə görə halüsinasiyalar və digər nevroloji problemlər yaşadıqlarına aydınlıq gətirir. Qeyd etmək lazımdır ki, koronavirusu yüngül şəkildə keçirtmiş və sağalmış insanların başlarında həmçinin dumanlıq vəziyyəti müşahidə edilir. Yaxşı xəbər ondan ibarətdir ki, alimlər insan beyninin birbaşa SARS-CoV-2-yə yoluxduğuna dair bir sübut tapa bilməyiblər. Lakin buna baxmayaraq beyin virus təsirinə məruz qalır. Bunun səbəbi isə virusun qan damarlarında mövcud olmasıdır.
Kolumbiya Universitetinin tədqiqatçıları 38-97 yaş aralığında COVID-19 səbəbilə həyatını itirmiş 41 şəxsin toxumalarının incələnməsi üzrə hesabatı təqdim ediblər. Həmin xəstələrin bir hissəsi xəstəxanaya yerləşdirildikdən 1 sutka sonra intensiv terapiya şöbəsində, digər hissəsi isə bir neçə həftə və ya ərzində xəstəxanada müalicə prosesi zamanı həyatını itirib. Bir tərəfdən alimlər beynin birbaşa SARS-CoV-2-yə yoluxduğunu aşkar etməyiblər. Lakin digər tərəfdən alimlər beyin toxumalarında zədələnmələr aşkar ediblər. Hal hazırda bir çox tədqiqatlar beynin birbaşa SARS-CoV-2-yə yoluxması barədə ziddiyyətli məlumatlar təqdim edirlər.
Nəzərə çarpmayacaq dərəcə virus RNT-nin mövcudluğu isə virusun qan damarlarında və ya beyni əhatə edən hüceyrələrdə olmas ilə əlaqələndirilir. “Biz digərlərindən fərqli olaraq daha çox toxuma nümunəsini incələmişik və virusun izlərinin aşkar edilməsi üçün daha çox üsuldan istifadə etmişik. Lakin beyin hüceyrələrində virus RNT-ni və ya zülalını aşkar etməmişik” - deyə tədqiqatçılardan biri qeyd edib. Bəzi tədqiqatlarda qeyd olunur ki, SARS-CoV-2 neyronlarda və qlial hüceyrələrdə aşkar edilib. Lakin tədqiqatçıların fikirlərin əsasən bu, beynin qan damarlarında virusun mövcud olması ilə əlaqəlidir. Tədqiqatçılar beynin bir çox hissəsini analiz ediblər və virus izinə rast gəlməyiblər.
Beyində virusun olmamasına baxmayaraq hər bir xəstədə beyin patologiyası müşahidə edilir. Alimlər aşkar edilmiş beyin patologiyalarını 2 kateqoriyaya ayırıblar. Xəstələrdən ibarət birinci qrupda beyin zədələnmələri hipoksiya (orqanizmdə və ya ayrı-ayrı orqanlar ilə toxumalarda oksigenin aşağı səviyyədə olması) ilə əlaqəli olublar. Çox güman ki, bu halı beyinə oksigenin verilməsini dayandırmış qan laxtalanması yaradıb. Xəstələrdən ibarət ikinci qrupda isə beyin zədələnmələri çoxlu sayda aktiv mikroqliya (beyini patogenlərdən qoruyan immun hüceyrələr) səbəbilə yaranıblar. “Hipoksiya, hüceyrələri aktiv mikroqliya üçün daha həssas edə bilər. Buna görə də hətta beyin birbaşa SARS-CoV-2-yə yoluxmasa da toxumaların zədələnməsi müşahidə edilir” - deyə tədqiqatçılardan biri qeyd edib.
Facebook şirkətinin CEO-su Mark Zuckerberg, Discord servisi vasitəsilə çıxışı zamanı sosial şəbəkədə reallaşdırılacaq yeni audio funksiyalardan danışıb. Beləliklə verilmiş məlumata əsasən Facebook-da Soundbites adlı funksiya istifadəyə veriləcək. Sözügedən funksiya qısa audiokliplər yaratmağa və onları digərləri ilə paylaşmağa imkan verəcək. Bu funksiya yaxın bir neçə ay ərzində istifadəyə veriləcək və ilk mərhələdə kiçik istifadəçi kütləsi üçün aktiv olacaq. Bundan əlavə olaraq Facebook daxilində podkastların axtarış sistemi yaradılacaq.
Bunun sayəsində istifadəçilər öz podkastlarını sosial şəbəkədə paylaşa biləcəklər. Zuckerberg-in sözlərinə əsasən Facebook bu məsələdə digər tətbiqlər ilə əməkdaşlıq üçün danışıqlar da aparır. Yay fəslində isə bütün Facebook istifadəçiləri üçün Clubhouse tərzində audio otaqlar istifadəyə veriləcək. Həmin otaqlar sayəsində istifadəçilər çıxış edən hansısa şəxsə qulaq asa və onunla qarşılıqlı əlaqədə ola biləcəklər. Bundan əlavə olaraq Facebook bu cür audio otaqların monetizasiya sistemini quracaq. Beləliklə istifadəçilər ilkin mərhələdə audio otaq yaradıcılarına ianələr göndərə biləcəklər. Daha sonra isə otağa birbaşa ödəniş və ya ödənişli abunəlik sistemi vasitəsilə daxil olma sistemi istifadəyə veriləcək.
Böyük Britaniya hökuməti Nvidia ilə ARM Holdings arasındakı müqavilə barəsində istintaqa start verib. Böyük Britaniya siyasətçisi və istintaqı aparan departamentin rəhbəri Oliver Dowden-in sözlərinə əsasən o öz ölkəsinin çiçəklənən texnoloji sahəsini dəstəkləmək istəyir. Bir tərəfdən hökumət xarici investisiyaların cəlb olunmasının tərəfdarıdır. Lakin digər tərəfdən o bu müqavilənin milli təhlükəsizlik sisteminə heç bir zərər yetirməyəcəyinə əmin olmaq istəyir. Qeyd etmək lazımdır ki, Nvidia-nın ARM Holdings-i almasına artıq Microsoft, Google və Qualcomm kimi şirkətlər qarşı çıxıblar.
Məlumatda qeyd edilib ki, sözügedən müqavilənin detallı analizindən sonra Böyük Britaniya milli təhlükəsizlik məsələsi üzrə əlavə araşdırmalar aparacaq. Nəticədə Böyük Britaniyanın antimonopoliya orqanı bu müqavilənin potensial nəticələrini özündə əks etdirəcək hesabatı təqdim edəcək. Həmin hesabat isə istənilən növbəti qərarların verilməsində yardımçı olacaq. Qeyd etmək lazımdır ki, hal hazırda ARM Holdings şirkəti Softbank holdinqinə məxsusdur. Nvidia ilə Softbank arasındakı potensial müqavilə 40 milyard dollar dəyərindədir.
Vaşinqtonun qanunverici orqanı yeni “Clean Cars 2030” adlı qanunu qəbul edib. Bu qanuna əsasən 2030-cu ildən başlayaraq Vaşinqton ştatındakı bütün minik avtomobillər elektrikləşdirilmiş olmalıdırlar. Nəticədə 2030-cu ildən başlayaraq ştatda digər yeni avtomobillərin satışı qadağan ediləcək. Sözügedən qanun Vaşinqton ştatının bütün nəqliyyat infrastrukturunun elektrikli rejimə keçidi üçün nəzərdə tutulmuş irimiqyaslı layihənin bir hissəsinə çevriləcək. Bu barədə Electrek saytı xəbər verib.
Sözügedən qanun layihəsi sayəsində Vaşinqton ştatı benzinlə çalışan avtomobillərə qanun səviyyəsində qadağa qoyacaq ilk ABŞ ştatı olacaq. Kaliforniya və Massaçusets kimi ştatlarda eyni qanun 2035-ci ildən qüvvəyə minəcək. Qəbul edilmiş qanun artıq Vaşinqton ştatının 2 qanunverici palatasından keçib və imzalanmaq üçün qubernatora göndərilib. Bu qanun 2030-cu və ondan sonrakı illərdə olacaq benzinli avtomobillərin satışını, alışını və qeydiyyatını qadağan edir. Beləliklə qanun hətta digər ölkədən və ya ştatdan gətirilmiş benzinli avtomobilin alışına da qadağa qoyur.
Buna baxmayaraq məlumatda qeyd edilib ki, yeni qanun layihəsi sərt tələb qismində deyil məqsəd qismində çıxış edir. Buna görə də çox güman ki, qanunda hansısa istisnalar və ya boşluqlar olacaq. Bundan əlavə olaraq sənəddə olan bir bənd var və həmin bəndin reallaşdırılması üçün ştatın bütün nəqliyyat infrastrukturunun 75%-i yollardan istifadə vergisini ödəməlidir. Belə ki, həmin vergi benzin üçün nəzərdə tutulmuş vergini əvəz etməlidir və vergidən əldə olunan gəlir elektromobillər üçün olan infrastrukturun genişləndirilməsində istifadə olunmalıdır.
NASA agentliyi Ingenuity dronunun Mars atmosferində ilk uçuşunu uğurla reallaşdırdığını elan edib. Beləliklə sözügedən dron əvvəlcədən planlaşdırılmış prosesdən uğurla keçib və Yer kürəsinə bu hadisə ilə bağlı fotohesabatı göndərib. Texniki olaraq dronun ilk uçuş prosesi bir neçə saat bundan əvvəl baş tutub. Lakin birbaşa əlaqənin mövcud olmaması səbəbilə uçuş prosesi avtonom rejimdə reallaşdırılıb. Uçuş aparatı bazar günü idarəetmə mərkəzindən göndərilmiş əmrləri yerinə yetirib.
Daha sonra isə prosesin yayımı Yer kürəsinə ötürülüb. Bu uçuş mssiyasının ən qəliz tərəfi ondan ibarət olub ki, mütəxəssislər əvvəlcədən dronun dəqiq şəkildə havaya qalxacağını bilmirdilər. Belə ki, Mars-ın atmosfer sıxlığı Yer kürəsi ilə müqayisədə daha aşağıdır. Havaya qalxmaq üçün dron öz pərlərini əks istiqamətdə dəqiqədə 2500 dövr sürətlə hərəkət etdirməyə başlayıb. Məlum olub ki, dəqiqədə 2500 dövr sürət qaldırıcı qüvvənin yaranması üçün kifayət edib. Bunun sayəsində Ingenuity Mars səthindən 3 metr hündürlüyə qalxa bilib.
Bununla belə dronun sistem kompüteri dronun gövdəsinin düzgün vəziyyətdə yerləşməsi üçün naviqasiya sisteminə yardımçı olub. Uçuş prosesini həmçinin yaxınlıqda yerləşən Perseverance aparatı da öz kamerası vasitəsilə çəkib. Yaxın zamanda NASA mütəxəssisləri daha 3 uçuş missiyasını reallaşdırmağı planlaşdırırlar. Son uçuş missiyası çərçivəsində dron 48 metr məsafəni qətt etməli və start nöqtəsinə geri qayıtmalıdır.
NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb. Belə ki, insanları Aya çatdıracaq eniş modulunun inşa edilməsi ilə məhz SpaceX məşğul olacaq. Söhbət, adi uçuş missiyasından getmir. Söhbət, 1972-ci ildən indiyənə kimi ilk dəfə insanın Aya göndərilməsindən gedir. Məhz həmin ildə Apollo 17 proqramı çərçivəsində insanlar sonuncu dəfə Aya ayaq basmışdılar. Maraqlısı ondadır ki, Aya yollanacaq yeni heyətin tərkibində qadın astronavt da olacaq.
Beləliklə həmin qadın Aya ayaq basacaq ilk qadın astronavt olacaq. Qeyd etmək lazımdır ki, "Artemis" adlı yeni Ay proqramı çərçivəsində uçuş missiyası 2024-cü ilə planlaşdırılıb. Lakin bu məsələ üzrə tarixlərdə dəyişiklik ola bilər İlk mərhələdə astronavtlar Ayın orbitində yerləşəcək Orion adlı kosmik gəmiyə yollanacaqlar. Daha sonra heyətin 2 üzvü SpaceX-in Starship gəmisi vasitəsilə Ay səthinə yollanacaqlar orda 1 həftə qalacaqlar.
NASA-nın bu missiyasının əldə edilməsi üzrə keçirilmiş müsabiqədə həmçinin Jeff Bezos-un Blue Origin şirkəti də iştirak edib. Lakin məhz SpaceX şirkəti cəlbedici qiymət tarifini təqdim edib. Müqaviləyə əsasən NASA agentliyi layihənin reallaşdırılması üçün SpaceX şirkətinə 2.9 milyard dollar maliyyə ayıracaq. Təbii ki, raketin və kosmik gəminin inşası daha baha başa gəlir. Lakin xərclərin müəyyən hissəsini SpaceX öz üzərinə götürəcək.
Android əməliyyat sistemi vasitəsilə çalışan smartfonlar uzaqdan hack olunma təhlükəsi qarşısında qalıblar. Belə ki, Android-də Whatsapp-ın 2.21.4.18-ə kimi olan versiyalarında mövcud olan özəlliklər hackerlərə çatları ələ keçirmək və ya messencerdə şəxslər arasında olan dialoqlara birbaşa qarışmaq imkanını verirlər. Məlumatda qeyd edilib ki, Android-də Whatsapp-ın 2.21.4.18-ə kimi olan versiyaları kənar tətbiqlərə Whatsapp TLS 1.2 kriptoqrafik materialları əldə etmək şəraitini yaradırlar. Belə ki, həmin kriptoqrafik materiallar konkret tətbiqlər üçün xarici yaddaş sistemində mövcud olublar.
Android 9 və daha əvvəlki Android versiyalarında kriptoqrafik materiallar READ_EXTERNAL_STORAGE və ya WRITE_EXTERNAL_STORAGE icazəsinə sahib istənilən tətbiq üçün açıq şəkildə təqdim olunurlar. Hackerlər isə bu cür boşluqdn istifadə edərək istifadəçilərin çatlarını ələ keçirdə və çatlardakı insanlar arasındakı ünsiyyətə birbaşa qarışa bilərlər. Mütəxəssislər Android smartfonlardan istifadə edənlərə Whatsapp-ı 2.21.4.18-ə və ya daha sonrakı versiyaya kimi yeniləməyi məsləhət görürlər.
Corciya Universitetinin tədqiqatçılar komandası maraqlı təcrübə keçirdiblər. Keçirilmiş təcrübə çərçivəsində alimlər öyrənmək istəyiblər ki, insanlar daha çox kompüter alqoritmi tərəfindən generasiya edilmiş məlumatlara inanırlar yoxsa digər insanların verdikləri məlumatlara? Təcrübənin məğzi ondan ibarət olub ki, testdən keçmiş insanlara hansısa şəxslərin əks olunduqları fotoların göstərilməsi olub.
Fotolardakı insan sayı artdıqca təcrübədə iştirak etmiş şəxslər düzgün cavab verməkdə çətinlik çəkiblər. Müəyyən bir anda təcrübədə iştirak etmiş şəxslərə kənar yardımdan istifadə etmək təklif olunub. Beləliklə onlar digər şəxslərin cavablarını və ya süni zəka tərəfindən generasiya edilmiş cavabları seçə bilərdilər. Məlum olub ki, təcrübədə iştirak etmiş şəxslərin çoxu məhz süni zəka tərəfindən generasiya edilmiş cavabları seçiblər.
Bu, bir qədər təəccüblüdür. Belə ki, hal hazırda süni zəka sistemləri çox zaman fotoda əks olunmuş insanların sayını düzgün təyin edə bilmir. Bununla belə foto nə qədər qəlizdirsə süni zəka alqoritminin sistemi bir o qədər qeyri dəqiq çalışır. Tədqiqatçılar qeyd ediblər ki, yaxın gələcəkdə süni zəka sistemləri bu problemin də öhdəsindən gələcəklər. Lakin insanlar artıq indidən süni zəka sistemi tərəfindən verilmiş qərara güvənməyə üstünlük verirlər.
Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testini keçirdib. Qeyd etmək lazımdır ki, sözügedən raket kosmosa sərnişin daşınması üçün nəzərdə tutulub. Son test uçuşu problemsiz yekunlaşıb. Şirkətin verdiyi məlumata əsasən Yer kürəsinin orbitinə daimi uçuşların reallaşdırılmasına az müddət qalıb. Raket Qərbi Texasda yerləşən poliqondan start götürüb. 106 km hündürlüyə qalxandan sonra BE-3 adlı bir ədəd mühərrikə sahib sürətləndirici blok sərnişin modulundan ayrılıb və maksimal dərəcədə hamar eniş prosesini sərgiləyərək uğurlu şəkildə eniş edib.
Şirkət təmsilçiləri bildiriblər ki, son test uçuşu üçün real insanlardan ibarət heyət hazırlansa da nəticədə sərnişin modulunun daxilinə ötürücülər ilə təchiz olunmuş maneken yerləşdirilib. Test uçuşunun startından 10 dəqiqə sonra isə sərnişin modulu özünün paraşüt sistemi vasitəsilə uğurla eniş edib. Şirkətin sözlərinə əsasən son test uçuşunun uğurla keçməsi turistlərin kosmosa göndərilməsinin yekun hazırlığını sübut edir. Buna baxmayaraq şirkət hələ ki, ilk turistik uçuşun nə zaman reallaşdırılacağını elan etməyib. Blue Origin-in sözlərinə əsasən bu artıq yaxın zamanda baş tutacaq.
Öz əməliyyat sisteminin təkimlləşdirilməsilə məşğul olan Microsoft şirkəti Windows 10-nun növbəti versiyasında bir sıra faydalı funksiyanı aradan qaldırıb. Belə ki, yaxın zamanda istifadəçilər hələ 3 il bundan öncə istifadəyə verilmiş Timeline funksiyasının bir çox imkanından istifadə edə biləyəcəklər. Qeyd etmək lazımdır ki, Windows 10-la çalışan noutbuk və kompüter sahibləri Timeline funksiyası vasitəsilə istənilən vaxt sistemdəki dəyişiklik xronologiyasını, fayllarla çalışmanı və həmçinin əlavə edilmiş yeni sənədləri izləyə bilirlər. Win+Tab kombinasiyası sayəsində işə düşən Timeline paneli axtarış prosesinə vaxt itirmədən sistemdə olmuş dəyişikliklərin sürətli izlənməsi imkanını verir.
İstifadəçinin son ay ərzində daxil olduğu saytlar ilə fayllar Timeline tarixçəsində qeydə alınır. Bunu hətta Android və iOS-də də etmək mümkün idi. Lakin təəssüflər olsun ki, keçən ilin noyabr ayında Android üçün olan Microsoft Launcher-dən Timeline yığışdırılmışdı. İndi isə sözügedən funksiya həmçinin tərtibatçılar üçün nəzərdə tutulmuş Windows 10 Insider-də də deaktiv edilib. Microsoft bu vəziyyətə fikir bildirib və qeyd edib ki, o, Timeline funksiyasını tamamilə deaktiv etmək niyyətində deyil. Sadəcə olaraq bu funksiyanın imkanları bir qədər məhdudlaşdırılacaq. Bir neçə müddət bundan öncə baxılmış saytlar ilə fayllara yenidən nəzər yetirmək imkanı olduğu kimi qalacaq. Lakin mobil cihazlarla sinxronlaşdırılma mümkün olmayacaq.
Xiaomi bildirib ki, son il ərzində MIUI istifadəçi interfeysi əvvəlki illərlə müqayisədə daha çox dəyişikliklər əldə edib. Bununla yanaşı şirkət öz smartfonlarının Android 11 əməliyyat sistemini çox ləng şəkildə əldə etmələri barəsində olan tənqidə də cavab verib. Xiaomi təmsilçisinin sözlərinə əsasən son 1 il MIUI istifadəçi interfeysi üçün çox vacib il olub. Belə ki, şirkət bir çox tədqiqat və tərtibatçılıq prosesləri çərçivəsində MIUI-nin animasiyasını, konfidensiallığını və digər özəlliklərini təkmilləşdirib.
Bundan əlavə olaraq şirkət təmsilçisi Xiaomi smartfonlarının hansı səbəbə görə Android 11-i gec əldə etdiklərinə də aydınlıq gətirib. Qeyd etmək lazımdır ki. bu hal həmçinin Xiaomi-nin flaqman smartfonlarında da müşahidə olunur. Beləliklə verilmiş məlumata əsasən Android 11-ə keçid çox qəlizdir. Belə ki, əməliyyat sisteminin bu versiyası son illərdə adaptasiya ilə bağlı ən böyük problemlərə sahibdir. Xiaomi əməkdaşları əsasən performans göstəricisinin aşağı düşməsi, əməliyyat sisteminin aşağı səviyyəyə sahib stabilliyi və kənar tətbiqlərin dəstəklənməsi kimi problemlər ilə qarşılaşıblar.
“Müəyyən müddət ərzində komanda optimizasiya və problemlərin aradan qaldırılması üzərində səylə çalışır. Bizim hər həftə yeni MIUI versiyalarının keyfiyyətlərinin yüksəldiyini müşahidə etməyimizə bamayaraq nəzərə almaq lazımdır ki, bu proses hələ də bir sıra problemlər yaradır. Biz onu da qeyd etmək istəyirik ki, istifadəçi interfeysinin müəyyən versiyasının stabilliyi bizim hal hazırda investisiya yatırdığımız ən vacib özəlliklərdən biridir. Siz nəzərə çarpan dəyişiklikləri gələcəkdə görəcəksiniz” - deyə Xiaomi təmsilçisi bildirib.
Xiaomi qeyd edib ki, adaptasiya prosesi çox qəlizdir. Məsələn cihazın enerji sərfiyyatına təkcə prosessor və digər komponentlər təsir etmirlər. Enerji sərfiyyatına həmçinin drayverlər də təsir göstərirlər. Enerji sərfiyyatı məsələsini misal gətirməklə Xiaomi başa salıb ki, bu, təkcə cihazın enerji sərfiyyatı deyil. O həmçinin özündə drayverləri, Android 11-in aşağı səviyyəli proqram təminatlarını və MIUI-ni birləşdirir. Nəticədə optimizasiya prosesində bir neçə şöbə və hətta şirkət iştirak edir.
NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy ağır raketi vasitəsilə göndəriləcək. Onunla birlikdə həmçinin Aya Astrobotics şirkətinin hazırladığı Griffin adlı eniş modulu da göndəriləcək. Qeyd etmək lazımdır ki, NASA-nın yeni Ay aparatı peykin cənub qütbündə suyun və buzun axtarılması üçün nəzərdə tutulub. Aparat Aya 2023-ü ildə göndəriləcək. Sözügedən missiya Artemis missiyası çərçivəsində Ayda daimi bazanın yaradılmasında aparıcı rol oynayacaq. Bundan əlavə olaraq bu missiya Falcon Heavy raketinin nəyə qadir olduğunu da sərgiləyəcək.
Keçən il NASA agentliyi Astrobotics şirkətinə 200 milyon dollara Ayın cənub qütbünə VIPER adlı (Volatiles Investigating Polar Exploration Rover) tədqiqat aparatının göndərilməsini tapşırmışdı. Sözügedən aparat suyun və buzun axtarılması üçün nəzərdə tutulmuş komponentlərə sahibdir. Sözügedən resurslar isə Artemis missiyası çərçivəsində Ayda daimi bazanın yaradılması üçün çox əhəmiyyətlidirlər. Aparatın AY səthinə enişindən sonra onun xidmət dövrü 100 gün olacaq.
Razılaşmaya əsasən VIPER aparatı Griffin adlı eniş modulnun daxilinə yerləşdiriləcək. Həmin eniş modulunun testləri bu il üçün planlaşdırılır. Eniş modulunun Aya çatdırılması məsələsində isə şirkət Falcon Hevy raketini seçib. Qeyd etmək lazımdır ki, ağır raketlər sinifinə daxil olan Falcon Heavy 2019-cu ildə iki missiya yerinə yetirmişdi. Lakin NASA-nın Ay missiyası çərçivəsində Falcon Heavy ilk dəfə olaraq Yer kürəsinin orbitindən daha uzağa uçacaq. Müqavilənin şərtləri barəsində məlumat olmasa da SpaceX-in rəsmi saytında olan məlumata əsasən Falcon Heavy-nin uçuş qiyməti 90 milyon dollar təşkil edir. Qeyd etmək lazımdır ki, dövlət tərəfindən təşkil edilmiş bəzi kosmik missiyalar daha baha qiymətə reallaşdırılıblar.
Keçən il koronavirus pandemiyası nəticəsində məktəblərin bağlanması səbəbilə uşaqlar yeni biliklər əldə etmək imkanından məhrum olmuşdular. Distant təhsil rejiminə keçid edəndən sonra ibtidai sinif şagirdləri demək olar yeni heç nə öyrənə bilməyiblər. Oksford Universitetinin mütəxəssisləri əldə edilmiş məlumatları analiz edəndən sonra belə qənaətə gəliblər ki, bu proses daha çox aşağı təhsil səviyyəsinə sahib ailələrdə müşahidə edilib. Mütəxəssislər Niderlandda yığılmış məlumatları analiz ediblər. Belə ki, orda ilkin sərt karantin dövründə təhsil müəssisələri 8 həftə ərzində bağlı qalıblar. Bu barədə Phys.org saytı xəbər verib.
Adətən isə onlar il ərzində bu cür nailiyyətə sahib olurlar. Təhsil səviyyəsi aşağı olmuş ailələrdə bu proses daha çox nəzərə çarpıb. Tədqiqatın müəlliflərinin fikirlərinə əsasən bu hal dünyanın digər ölklərində də müşahidə olunub. Bundan əlavə olaraq Niderlandda distant təhsil üçün ən yüksək şəraitlərdən biri yaradılıb. Lakin buna baxmayaraq məktəblərin bağlanması səbəbilə ordakı şagirdlər yeni biliklərin əldə olunması məsələsində ortalama 20% geriləmə yaşayıblar. Uşaqların aşağı səviyyəli təhsilə sahib valideynlərində isə bu göstərici 50% təşkil edir.
“Bu nəticələr müəllimlərin və digər şəxslərin ən pis qorxularını təsdiqləyirlər. Niderland bir çox şeyi düzgün yerinə yetirib. Müəllimlər və məktəblərin administrasiyaları böyük səylər göstəriblər. Hökumət əlavə maliyyələşdirmə ilə dəstəyi təmin edib. Genişzolaqlı internetdən tutmuş yaşayış yerlərinin təklif olunmasına kimi. Bundan əlavə olaraq digər ölkələr ilə müqayisədə Hollandiyada valideynlərin dəstəklənməsi sistemi daha yaxşı səviyyədədir. Böyük Britaniyada məktəblər daha uzunmüddətli bağlı qaldıqları üçün orda vəziyyət daha ciddi olmalıdır” - deyə tədqiqatçılardan biri qeyd edib.
Bu o deməkdir ki, pandemiyanın məktəb təhsilinə verdiyi neqativ təsirləri aradan qaldırmaq üçün texniki həllər yetərli deyil. İlk sərt karantinin az müddətdə və texnologiyaların yüksək səviyyədə olmalarına baxmayaraq şagirdlərin inkişaf səviyyələri aşağı düşüb. Buna baxmayaraq tədqiqata əsasən bəzi məktəblər distant təhsil rejiminə keçid zamanı şagirdlərin tam inkişaf etmələrinə nail ola biliblər. Mütəxəssislər bunu müəllimlərin verdikləri qərarların nəticələrində görürlər.
Bu il təqdim olunacaq iPhone 13 barəsində məlumatların ortaya çıxmaqda davam etdiyi bir vaxtda məşhur analitik Ming-Chi Kuo gələcək iPhone modellərində olacaq dəyişiklikləri özündə əks etdirən yeni hesabatı təqdim edib. Beləliklə analitikin verdiyi məlumata əsasən Apple 2023-ü ildəki iPhone modellərində ekran üzərindəki çıxıntı hissədən tamamilə imtina edəcək. Yəni şirkət ön kamera ilə Face ID texnologiyasını ekranın alt hissəsinə yerləşdirəcək. Apple mühəndislərinin buna necə nail olacaqları bilinmir.
Bundan əlavə olaraq analitikin fikirlərinə əsasən şirkət 2 ildən sonra öz smartfonlarında yeni genişbucaqlı və periskop kamera sensorlarından istifadə edəcək. Yeni periskop kamera öz növbəsində smartfonun optik zoom imkanını daha da genişləndirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 12 modeli 2.5 qat optik zoom və 12 qat rəqəmsal zoom özəlliklərinə sahibdir. Digər istehsalçıların smartfonlarında isə adətən 5 qat optik zoom və 50-100 qat rəqəmsal zoom özəllikləri reallaşdırılır. Onu da qeyd etmək lazımdır ki, Apple növbəti təqdimat tədbirini 20 aprel tarixində keçirdəcək. Həmin tədbirdə yeni iPad modellərinin təqdim olunacağı gözlənilir.
Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxardır. Analitiklərin sözlərinə əsasən bunun əsas səbəbi dünyada yaşanan koronavirus pandemiyasıdır. Lakin Huawei şirkəti bu məsələdə fərqli fikirə sahibdir. Bu barədə Nikkei Asia saytı xəbər verib. Huawei şirkətinin idarə heyətinin sədri olan Eric Xu-nun sözlərinə əsasən bütün dünyada prosessor çatışmazlığı probleminin yaranmasına ABŞ sanksiyaları səbəb olublar.
Qeyd etmək lazımdır ki, ABŞ hökuməti milli təhlükəsizlik səbəbilə Huawei və bir sıra digər Çin şirkətini qara siyahıya salıb. Nəticədə həmin şirkətlər ABŞ texnologiyalarından istifadə edə bilmirlər. Huawei təmsilçisinin sözlərinə əsasən ABŞ sanksiyaları səbəbilə şirkətlər prosessor istehsalçılarından külli miqdarda prosessor alıblar. Bu isə öz növbəsində bütün dünyada prosessor çatışmazlığına gətirib çıxardıb. Hal hazırda həmin şirkətlər növbəti 3-6 ay üçün öz ehtiyatlarını təmin edirlər. Əvvəllər isə belə bir hal demək olar olmayıb.
“Tamamilə aydındır ki, ABŞ-ın Huawei və digər şirkətlərə qarşı əsaslanmamış sanksiyaları bütün sənayedə təchizat problemini yaradıblar. Bu hətta yeni iqtisadi böhrana da gətirib çıxarda bilər” - deyə Huawei təmsilçisi bildirib. Bununla yanaşı o qeyd edib ki, artıq bir çox şirkət fərdi prosessor istehsalına keçid edir ki, heç kimdən asılı vəziyyətdə qalmasın. Bu isə öz növbəsində irimiqyaslı investisiyaları tələb edir və nəticədə yekun məhsulların qiymətlərinə təsir göstərə bilər. Huawei şirkətinə gəldikdə isə o, yaranmış problemdən çıxış yolunu axtarır. Onun hələ prosessor ehtiyatı var. Lakin həmin ehtiyatın nə qədər müddətə bəs edəcəyi bilinmir.
Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay idarəçiləri Origin adlı pilotsuz taksilərin şəhərə gətirilməsi üzrə ABŞ-ın Cruise adlı şirkəti ilə müqavilə bağlayıblar. Origin adlı pilotsuz taksilərin istehsalı ilə məhz Cruise şirkəti məşğul olur. Sözügedən nəqliyyat növü elektrikli mikroavtobus dizaynında reallaşdırılıb və onun daxilində 6 nəfərlik oturacaq mövcuddur.
Bu nəqliyyat növü sükana və pedallara sahib deyil. Sözügedən pilotsuz taksilərin ilk versiyaları Dubayda 2023-cü ildə istifadəyə veriləcək. Gələcəkdə Cruise şirkəti onların saylarını 4000-ə çatdırmağı planlaşdırır. Dubay idarəçilərinin fikirlərinə əsasən 2030-cu ilə kimi Dubayın şəhər nəqliyyatı sisteminin 25%-i tamamilə avtonom rejimdə çalışacaq. Bundan əlavə olaraq sözügedən əməkdaşlıq çərçivəsində Cruise şirkəti Birləşmiş Ərəb Əmirliklərində öz ofisini açacaq.
Həmin ofis isə pilotsuz taksilərin ölkəyə gətirilməsini və onlara xidmətin göstərilməsini təmin edəcək. Bununla yanaşı şirkət 2029-cu ilə kimi Dubayda pilotsuz nəqliyyat növü xidmətini təklif etmə üzrə eksklüziv hüquqa sahib olacaq. Qeyd etmək lazımdır ki, Cruise şirkəti 2013-cü ildə San Fransiskoda təsis edilib. 2016-cı ildə isə General Motors şirkəti onu 1 milyard dollara almışdı. Bu ilin əvvəlində Microsoft şirkəti sözügedən layihəyə 1 milyard dollar investisiya yatırmaqla General Motors-un tərəfdaşına çevrilmişdi.
Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. İndi isə şirkət bu məlumatı rəsmi şəkildə təsdiqləyib. Beləliklə şirkətin rəsmi məlumatına əsasən növbəti təqdimat tədbiri 20 aprel tarixində Apple Park kampusunda yerləşən Steve Jobs adına teatrda baş tutacaq. Pandemiya səbəbilə təqdimat tədbiri tamamilə online formatda keçiriləcək.
Gözləntilərə əssən sözügedən tədbirdə Apple yeni iPad Pro modelini təqdim edəcək. Bəzi məlumatlara əsasən dünyada olan istehsalat problemləri səbəbilə yeni iPad Pro modeli ilk mərhələdə məhdud sayda satılacaq. Yeni iPad Pro modelinin Mini-LED ekran, A14X prosessoru və LiDAR skanerinə sahib əsas kamera ilə təchiz olunmalıdır. Bundan əlavə olaraq 20 aprel tarixində baş tutacaq tədbirdə həmçinin yeni iPad mini, yenilənmiş iMac, AirTag axtarış trekeri və AirPods 3 qulaqlığı da təqdim oluna bilər.
IT təhlükəsizlik sahəsində fəaliyyət göstərən mütəxəssislər Whatsapp-da aşkar edilmiş qeyri adi sistem boşluğundan xəbər veriblər. Beləliklə aşkar edilmiş sistem boşluğu uzaqdan digər istifadəçinin smartfonundakı Whatsapp messencerini deaktiv etməyə imkan verir. Bunu etmək üçün hətta kənar proqram təminatı ilə hansısa təchizata ehtiyac duyulmur. Lakin mütəxəssislər qeyd ediblər ki, istifadəçilər sadə üsul ilə öz smartfonlarını bu cür hallardan qoruya bilərlər. Bir neçə müddət bundan öncə Facebook-un təhlükəsizlik sistemində aşkar edilmiş boşluq istifadəçi hesabının standart şəkildə bərpa olunmasına əsaslanır.
Qurbanın telefon nömrəsini biləndən sonra hacker yeni cihaza Whatsapp-ı quraşdıra və digər şəxsin istifadəçi hesabından istifadə edərək çatları bərpa etməyə çalışa bilər. Uğursuz cəhdlərdən sonra istifadəçi hesabı 12 saatlıq bloka düşür. Daha sonra hacker öz elektron poçt ünvanından messencerin dəstək xidmətinə smartfonun itməsi barədə sorğu göndərir və yeni smartfona inteqrasiya olunacaq həmin istifadəçi hesabının bloklanmasını tələb edir.
Whatsapp isə bunu cavab məktubu ilə təsdiqləyir və istifadəçi hesabının fəaliyyətini dayandırır. Bu prosesi bir neçə dəfə təkrar etməklə hacker faktiki olaraq hansısa şəxsin smartfonunda Whatsapp-ın işini dayandıra bilər. Jurnalistlərin sorğularına cavab olaraq Whatsapp təmsilçiləri aşkar edilmiş sistem boşluğunun aradan qaldırılması üzərində çalışıb-çalışmadıqları barəsində bir məlumat verməyiblər. Mütəxəssislər qeyd ediblər ki, bu üsul vasitəsilə istifadəçi hesabının ələ keçirilməsi mümkün deyil və onlar istifadəçilərə iki faktorlu identifikasiya sistemlərindən istifadəni məsləhət görüblər.
Telegram IPO keçirtməyə hazırlaşır. Bu, artıq yaxın illərdə baş verməlidir. Mütəxəssislər isə artıq indidən Telegram-ın potensial bazar dəyərini müəyyən etməyə çalışırlar. Verilmiş məlumata əsasən Telegram hal hazırda pre-IPO diaqnostikası aparır və öz səhmlərinin ilkin yerləşdirilməsi üçün uyğun olan regionlar ilə bazarları nəzərdən keçirdir. Digər bir insayderin sözlərinə əsasən isə Pavel Durov bazara hansı üsul ilə çıxmağa hələ qərar verməyib. İnsayder bildirib ki, IPO-dan əlavə olaraq şirkt həmçinin birbaşa listinqi və birjaya çıxmaq üçün SPAC şirkətlərdən (IPO prosesindən yan keçərək birjaya çıxmaq istəyən özəl şirkətin alınması üçün nəzərdə tutularaq yaradılan ikinci bir şirkət) istifadəni də nəzərdən keçirdir.
Səhmlərin birjaya 2023-cü ildə yerləşdirilməsi planlaşdırılır. Lakin səhmlərin yerləşdirilməsi tarixi bazarın vəziyyətindən asılı olaraq dəyişə bilər. Analitiklərin fikirlərinə əsasən səhmlərin ilkin yerləşdirilməsi nəticəsində Telegram-ın bazar dəyəri 30-50 milyard dollar təşkil edə bilər. Məlumatda qeyd edilib ki, şirkət daxilində səhmlərin qiymətləndirilməsinin aylıq aktiv istifadəçi sayına əsasən təyin edilməsi planı da müzakirə olunur. Bu halda bir aktiv istifadəçi 50$ səviyyəsində qiymətləndiriləcək. Hələ bir neçə müddət bundan öncə Telegram təmsilçiləri qeyd etmişdilər ki, messencerin aylıq aktiv istifadəçi kütləsi 500 milyon insan təşkil edir. Yaxın 2 ildə bu göstərici 0.8-1 milyard aktiv istifadəçi kütləsinə yüksələ bilər.
Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb. Bu barədə məlumatı Türkiyənin texnologiyalar və sənaye naziri olan Mustafa Varank öz Twitter hesabında qeyd edib. Məlumata əsasən hibrid raket mühərrikinin testi İstanbula yaxın olan Şile adlı rayonda baş tutub. Növbəti test mərhələsinin isə gələn ay Türkiyənin şimalında yerləşən Sinop adlı rayonunda keçiriləcəyi planlaşdırılır. Bundan əlavə olraq Sonda adlı raketin mühərrik təchizatı da testdən keçirilib.
Ankara Aya olacaq missiyanı 2 mərhələdə reallaşdırmağı planlaşdırır. Birinci mərhələ 2023-cü ildə, ikinci mərhələ isə 2028-ci ildə baş tutmalıdır. Birinci mərhələ çərçivəsində pilotsuz kosmik aparat Ay səthinə eniş etməlidir. Bu layihə beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, 9 fevral tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan milli kosmik proqramı anons etmişdi. Beləliklə bu proqram çərçivəsində Ankara özünün kosmodromunu yaratmağı, türk vətəndaşını kosmosa göndərməyi, mülki və hərbi ehtiyaclar üçün yeni peyklərin istifadəyə verilməsini planlaşdırır.
Microsoft rəsmi şəkildə Nuance Communications şirkətini aldığını elan edib. Nuance BŞ-ın texnoloji şirkətidir və 30 il bundan öncə təsis edilib. Bu şirkət bulud texnologiyaları ilə süni zəka sahəsində fəaliyyət göstərir. Nuance şirkəti Microsoft Azure platforması əsasında tibbi praktikalar üçün səsin təyin olunması üzrə SaaS (Software as a Service) təkliflər hazırlayıb. Hal hazırda həkimlərin 55%-i, rentgenoloqların 75%-i və ABŞ-dakı xəstəxanaların 77%-i bu şirkətin məhsullarından istifadə edir.
Onu da qeyd etmək lazımdır ki, Apple şirkəti özünün Siri səsli köməkçisini məhz Nuance şirkətinin texnologiyası üzərində qurub. Belə ki, Apple uzun illər bundan öncə Nuance şirkətinin yaratdığı texnologiyanı almış və onun əsasında Siri səsli köməkçisini ərsəyə gətirmişdi. 2020-ci maliyyə ilinin yekunlarına əsasən Nuance-nin dövriyyəsi 37% yüksəlmiş, təmiz mənfəəti isə 91 milyon dollar təşkil etmişdi. Microsoft-un Nuance-ni alması üçün şirkətin bazar dəyərindən 23% daha çox pul ödəməli olub. Yəni Microsoft sözügedən şirkəti 19.7 milyard dollara alıb.
Bu isə o deməkdir ki, Microsoft əldə etdiyi şirkətin hər bir səhmi üçün 56$ ödəyib. Müvafiq nizamlayıcı orqanların icazələrindən sonra iki tərəf arasındakı müqavilənin ilin sonuna kimi bağlanacağı güman edilir. Microsoft bildirib ki, bu müqavilə şirkətin səhiyyə sahəsindəki mövqelərini gücləndirəcək və Microsoft Cloud for Healthcare imkanlarını genişləndirəcək. Qeyd etmək lazımdır ki, bu, Microsoft-un ikinci böyük müqaviləsidir. Birinci yeri isə şirkətin 2016-cı ildə LinkedIn-i alması tutur. Həmin vaxtda bu müqavilə Microsoft-a 26.2 milyard dollara başa gəlmişdi.