Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun qarşısının alınmadığı təqdirdə yeni pandemiya ola biləcəyini bildirib.
TED.az xəbər verir ki, bu fikirlər ÜST-nin fövqəladə hallar komitəsinin iclasında səsləndirilib. Meymunçiçəyi virusu artıq 58 ölkədə müşahidə olunub. Ümumilikdə 3 min 417 nəfərdə virusa yoluxma halı təsdiqlənib. Müxtəlif qitələrdə yoluxanların sayı hər həftə artır. Ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.
ÜST qeyd edib ki, meymunçiçəyi virusu çiçək xəstəliyindən daha az ölüm nisbətinə malikdir, lakin virusun yayılmasının qarşısını almaq üçün müvafiq praktiki tədbirlər görülmədiyi təqdirdə milyonlarla insanın ölümünə səbəb ola bilər.
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda kiber-fiziki sistemlərdə “fog computing” texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur.
İnstitutdan TED.az-a bildirilib ki, kiber-fiziki sistemlər (KFS) rəqəmsal və analoq cihazları, interfeysləri, şəbəkələri, eləcə də kompüter sistemlərini fiziki dünya ilə əlaqələndirir. KFS avtomobil, aviasiya, enerji və digər sahələrdə məlumatları emal edən, xüsusi tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunan kompüter sistemlərinə əsaslanır.
<p style="text-align:;" justify;">İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
<p style="text-align:;" justify;">Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildiriblər ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülübİyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
<p style="text-align:;" justify;">Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a bildiriblər ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
İyunun 27-dən “IMEI.az” informasiya sisteminin xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək.
TED.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, vətəndaşlar “IMEI.az” saytında təqdim edilən bütün xidmətləri (İMEİ kodun yoxlanılması, Mobil cihazların qeydiyyatdan keçirilməsi, Mobil cihazların qeydiyyat tarifləri) Vahid Elektron Xidmətlər Portalından əldə edə bilərlər.
Portalda qeydiyyatdan keçmədən hər üç xidmətdən yararlanmaq mümkündür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət təqdim edir. Hazırda onların bir platformada toplanması prosesi gedir. Vahid Elektron Xidmətlər Portalının yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin və şəffaflığın daha da artırılmasına təkan verəcək.
Biz hazırda KOB-ların maliyyə resurslarına çıxışını artıracaq KOB İnkişaf Fondunun yaradılması prosesindəyik.
TED.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iyunun 24-də Bakıda keçirilən
Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı biznes forumunda deyib.
O.Məmmədov qeyd edib ki, Fondun əsas özəlliyi onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlıdır. Həmçinin investisiya üçün minimum layihə dəyəri tələbləri bazarda mövcud göstəricilərdən daha aşağı olacaq. KOB İnkişafı Fondunun təşkilati forması Açıq Səhmdar Cəmiyyəti olacaq ki, bu da öz növbəsində dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etmək imkanı yaradacaq. Dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə milli iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun proseslərə cəlb edilməsi, eyni zamanda, yeni çağırışlar fonunda resursların səfərbər edilməsi baxımından əlverişli modellərdir.
<p style="text-align:;" justify;">İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "e-KOB Evi" istifadəyə verməyə hazırlaşır.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov bunu Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda bildirib.
<p style="text-align:;" justify;">"KOB Evləri bizneslərə G2B və B2B xidmətləri təklif edən bir pəncərədir. Yeni təşəbbüslə KOB evinin xidmətləri non-stop-shop rejimdə təmin olunacaq və KOB-lar üçün daha əlçatan olacaq. Sadalananlar KOBİA-nın təmin etdiyi dəstək və xidmətlərin bir hissəsini təşkil edirlər. Əminəm ki, dövlətimizin yeni sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq aidiyyəti maraqlı tərəflərin, o cümlədən özəl sektorun birgə fəaliyyəti ilə iqtisadiyyatın şaxələndirilməsi və innovativ inkişafın təmin edilməsi istiqamətində daha yüksək nəticələr əldə olunacaq", - deyə o, qeyd edib.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 1 iyul 2022-ci il tarixində saat 10:00-da YAP Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 37) Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayon sakinlərini qəbul edəcək.
<p style="text-align:;" justify;">Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
<p style="text-align:;" justify;">Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
<p style="text-align:;" justify;">Qəbula yazılmaq üçün 30 iyun 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron poçtu (mincom@mincom.gov.az) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.
<p style="text-align:;" justify;">“Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, müsabiqənin əyani mərhələsinin “Qabiliyyət üzrə yoxlama” imtahanını uğurla keçmiş 1052 nəfər iştirakçıdan 332 nəfər yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
<p style="text-align:;" justify;">Ümumilikdə Bakı üzrə 214, regionlar üzrə 118 nəfər iştirakçı yarımfinal mərhələsinə buraxılıb. Onlardan 280 nəfəri kişi, 52 nəfəri isə qadındır. Əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının, iş prosesinin, o cümlədən, layihələrin idarə edilməsi bacarıqlarının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır. Öncədən də bildirildiyi kimi, müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndirilib.
<p style="text-align:;" justify;">T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (Toefl, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Nəticələrə əsasən maksimal T-bal 705, o cümlədən, keçid balı 540 təyin edilib. Qeyd edək ki, maksimal nəticə olan 705 T-balını cəmi 1 iştirakçı toplayıb.
<p style="text-align:;" justify;">Ötən ilin statistik nəticələrinə nəzər yetirdikdə onu deyə bilərik ki, ilk "Yüksəliş” müsabiqəsinin əyani mərhələnin keçid balı 533 T-bal olmuş və yarımfinal mərhələsinə 309 nəfər buraxılıb.
<p style="text-align:;" justify;">Yaxın günlərdə Yüksəliş müsabiqəsini yarımfinal mərhələsinin tarixləri açıqlanacaq. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə ikinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.
<p style="text-align:;" justify;">“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.
<p style="text-align:;" justify;">Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
<p style="text-align:;" justify;">Dünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bu barədə təşkilatın saytında yayımlanmış press-relizdə bildirilib.
<p style="text-align:;" justify;">Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Dövlət Neft Şirkəti (SOCAR) və "AzerGold" QSC-nin adından həyata keçirilən "fişinq" hücumları barədə xəbərdarlıq edib.
<p style="text-align:;" justify;">TED.az-ın məlumatına görə, qurum bəyan edib ki, son zamanlar vətəndaşlara qarşı həyata keçirilən “fişinq” hücumlarında intensivləşmə müşahidə olunur.
<p style="text-align:;" justify;">Araşdırma göstərir ki, bu növ hücumların həyata keçirilməsində əsas məqsəd vətəndaşların fərdi məlumat və maliyyə vəsaitlərini ələ keçirməkdir.
<p style="text-align:;" justify;">Kiberdələduzlar istifadəçilərin etimadını qazanmaq və onları “tələ”yə salmaq üçün müxtəlif dövlət qurumlarının, tanınmış bankların, eləcə də media qurumlarının adından istifadə etməklə saxta kampaniyalar həyata keçirir.
<p style="text-align:;" justify;">Geniş yayılmış hücum ssenarisinin birində SOCAR-ın investisiya layihəsi həyata keçirdiyi qeyd olunur və layihədə iştirak üçün ad, soyad, e-poçt, mobil nömrə kimi fərdi məlumatların təqdim edilməsi istənilir. Həmin məlumatları təqdim edən və uydurma kampaniyada iştirak edən vətəndaş kiberdələduzların qurbanına çevrilir.
<p style="text-align:;" justify;">Kiberdələduzlar inandırıcılığı artırmaq üçün yerli media qurumlarının adına saxta saytlar yaradır və bu kampaniyalar barədə xəbərlər paylaşırlar. Həmçinin daha çox vətəndaşın cəlb edilməsi üçün reklam çarxları hazırlanaraq sosial şəbəkələr üzərindən yayılır. Bənzər saxta kampaniya “AzerGold” adından istifadə etməklə də həyata keçirilir.
<p style="text-align:;" justify;">"Bu kiberhücumlardan qorunmaq üçün vətəndaşları maksimum diqqətli olmağa, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməməyə, məlumatların düzgünlüyünü rəsmi mənbədən yoxlamağa çağırırıq. Hər hansı qurumun adından bu kimi investisiya layihələri, o cümlədən hədiyyə, pulsuz bonus və mükafat təklif edən kampaniyalar keçirildiyinə dair məlumat aldıqda, keçidlərə daxil olmadan, fərdi məlumatlarını təqdim etmədən öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olsunlar. Elektron Təhlükəsizlik Xidməti bu kimi hücumların qarşısının alınması istiqamətində qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirir. Vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və yaxud reports@cert.az elektron poçt ünvanı vasitəsilə məlumat versinlər"- deyə qurum bəyan edib.
<p style="text-align:;" justify;">İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC “Rəqəmsal xəritə əsaslı platforma”nın yaradılması üçün təkliflər sorğusu elan edib.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 13-ü, saat 18:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, akademik Lev Landau küçəsi, 16 ünvanına təqdim edə bilərlər.
<p style="text-align:;" justify;">Maraqlanan təşkilatlar (012) 403-87-91 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
<p style="text-align:;" justify;">İyunun 25-nə gözlənilən hava şəraiti açıqlanıb.
<p style="text-align:;" justify;">Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.
<p style="text-align:;" justify;">Əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacaq.
Böyük Britaniyanın “SumUp” fintex-startapı 580 milyon avro cəlb edib, TED.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir. Qeyd olunur ki, son 10 ildə şirkət 1.5 milyard dollar cəlb etsə də, bu məbləğin böyük hissəsi borcun ödənilməsinə xərclənib.
İnvestorlar sırasında “Bain Capital Tech Opportunities”, “BlackRock”, “Centerbridge”, “Crestline”, “Fin Capital”, “Sentinel Dome Partners” və digərləri olub.
“SumUp” özü 8 milyard dollar dəyərində qiymətləndirilir. Şirkətin inkişafı ilə 4 milyon kiçik və orta müəssisə məşğul olur.
“Toyota Motors” şirkəti təkərlərin hərəkət zamanı çıxması təhlükəsi səbəbindən kütləvi şəkildə istehsal etdiyi elektrikli avtomobillərini geri çağırmağa məcbur olub, TED.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bildirilir ki, söhbət may ayında istehsal olunmağa başlayan “bZ4X” modelindən gedir. Şirkət təkər gövdəsinin boltlarında problem aşkar edib. Onun sözlərinə görə, sərt dönmələr və ya qəfil saxlamalar nəticəsində təkərlər yerindən çıxa bilər.
Ümumilikdə, “Toyota” dünya üzrə bu markalı 2.7 minə yaxın elektromobili geri çağıracaq. Bunlardan 2.2 mini Avropa, 260-a yaxını ABŞ, 112-si isə Yaponiya bazarının payına düşür.
<p style="text-align:;" justify;">2022-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 24 mln. 765 min 400 manat olub ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3.5% çoxdur.
<p style="text-align:;" justify;">TED.az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
<p style="text-align:;" justify;">Komitədən verilən məlumata əsasən, bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri bir il öncəyə nisbətdə 1.6% artaraq 17 mln. 954 min 400 manat təşkil edib.
“Instagram” istifadəçilərin yaşını yoxlamaq üçün üç yeni aləti sınaqdan keçirir, TED.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir. Bu, qeydiyyat zamanı yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkəyə qoşulmasına mane olacaq.
Funksiya hələki yalnız ABŞ sakinləri üçün əlçatandır və qeydiyyat zamanı yaşı seçmək istəyən zaman görünür. Yaşını təsdiqləmək üçün istifadəçi pasport və ya sürücülük vəsiqəsi kimi sənəd təqdim etməli olacaq. Məlumatlar 30 gün ərzində serverdə saxlanılacaq.
Əgər bu seçim uyğun deyilsə, istifadəçi video-selfi çəkməli olacaq. Sosial şəbəkə xüsusi təlim keçmiş süni intellektdən istifadə edərək məlumatları yoxlayacaq. Doğrulama tamamlandıqdan sonra məlumatlar silinəcək.
Üçüncü variant – Sosial Vouching-dir. Yəni, yaşı 18-dən çox olan üç istifadəçi sizin yaşınızı təsdiqləməli olacaq. Bildirilir ki, Sosial Vouching o şəxsləri təsadüfi seçəcək. Siyahıya qohum şəxslərin adlarını əlavə etmək mümkün olmayacaq.
“Instagram” yeni Note funksiyasını test etməyə başlayıb, TED.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, bu funksiya sosial şəbəkə istifadəçilərinə ideyalarını bölüşməyə imkan verəcək.
Tezlikdə istifadəçilər “Qeyd yaratmaq” və “Fikir paylaşın ki, başqaları onu görsünlər” funksiyalarını yerinə yetirə biləcəklər. Qeydlər “Hekayələr” kimi olacaq və 24 saatdan sonra yox olacaq. Mesajın maksimal uzunluğu 60 simvol təşkil edəcək.
Sosial şəbəkənin nümayəndələrinə görə, yenilik istifadəçilər arasında ünsiyyəti asanlaşdırmaq məqsədini daşıyır.
<p style="text-align:;" justify;">İki kriptovalyuta, Bitcoin və Ether üçün ən böyük variantların sona çatma tarixindən əvvəl yüksəlib.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, investorlar tezliklə bitəcək valyuta əməliyyatlarına hazırlaşdıqları üçün Bitcoin və Ether yüksəlir.
<p style="text-align:;" justify;">Məlumata görə, Bitcoin 3,9 faiz artaraq 20 min 626 dollara, Ether isə 5,8 faiz artaraq 1108 dollara yüksəlib.
İyunun 23-də 7 saylı Bakı "ASAN xidmət" mərkəzində dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və digər qonaqlar iştirak ediblər.
Agentliyin mətbuat xidmətindən TED.az-a verilən xəbərə görə, rəsmilər əməkdaşlara təbriklərini çatdırıb, daim dövlətçiliyə, Vətənə sadiq qalmağın önəmini vurğulayıblar. Həmçinin bu məqsədə nail olunması istiqamətində dövlət qulluqçularına uğurlar arzulayıblar.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə sınaq müddətini uğurla başa vuran, ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən 94 dövlət qulluqçusu and içib.
<p style="text-align:;" justify;">İyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır.
<p style="text-align:;" justify;">Bu barədə TED.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proses iyunun 30-dək davam edəcək.
<p style="text-align:;" justify;">Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər.
<p style="text-align:;" justify;">Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.
<p style="text-align:;" justify;">Ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.