Telegram-da reklam mesajları ilə bağlı YENİLİK

Telegram-dakı interfeysin dilinin dəyişdirilməsi bölməsində messencer daxilində olacaq sponsor xarakterli postların platforması barəsində məlumat aşkar edilib. Məlumata əsasən Telegram istifadəçilərin konfidensiallıqlarını nəzərə almaqla kanalların və mesajların inkişaf etdirilməsi üçün xüsusi alət yaradıb. Reklam xarakterli mesajlar hələ ki, test mərhələsində çalışırlar. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, Telegram öz əsas xərclərini qarşılamadıqca reklam xarakterli postların yerləşəcəkləri kanalların müəlliflərinə gəlir ödəməyəcək.

    Reklam xarakterli mesajlarda personallaşdırma və kənar linklər olmayacaq. Platforma üzərindən yerləşdiriləcək reklam mesajları kanallardakı bütün postlardan ən aşağıda yerləşəcəklər. Bundan əlavə olaraq məlumata əsasən reklam postları yalnız mətn formatında və 160 simvoldan ibarət olacaqlar. Bir kanal üçün maksimum bir reklam postu nəzərdə tutulacaq və həmin post kanaldakı digər postların oxunmasından sonra ortaya çıxacaq. Qeyd etnək lazımdır ki, hələ keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, 2021-ci ildə Telegram-da ödənişli funksiyalar və reklam platforması istifadəyə veriləcək. 

Mənbə:
0
379
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar