• Şikayət et

Tennis üzrə Bakı çempionatının qalibləri məlum olub

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında daha bir yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 7-də başlanan Bakı çempionatı dörd gün davam edib. Çempionatda 12 yaşdan yuxarı 29 tennisçi mükafatlar uğrunda mübarizə aparıb. Müxtəlif yaş kateqoriyalarında keçirilən çempionatda 15 oğlan və 14 qız tək və qoşa yarışlarda qüvvəsini sınayıb. Hətta veteran tennisçilərin də iştirak etməsi yarışa maraq qatıb. Oğlanlardan Samir Qafarov, İmran Abdulla, Vasif Mütəllibov, Zaur Məmmədzadə, Ziya Ələkbərov, Asim Cəlilov, Yusif Rzayev, qızlardan isə Umayra Həşimova, Lalə Eyvazova, Reyhan Məmmədli, Lalə Kərimova, Zeynəb Hüseynzadə, Xədicə Cəfərquluzadə, Nurel Əliyeva mükafatçılar sırasına düşüb.

Yekunda qalib və mükafatçılar Azərbaycan Tennis Federasiyası tərəfindən medal və diplomlarla təltif olunublar.

Mənbə:
0
571
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar