• Şikayət et

"Tiktok"da ən çox izlənilən şəxs odur - 22 yaşlı gənci tanıyın

2020-ci ildə "Tiktok”a daxil olan Khabane Lame həmin gündən etibarən platformada ən çox izlənən şəxs olmağı bacarıb.

AZXEBER.COM xəbər verir ki, səssiz komediyaçı adlandırılan Khabaneni "Tiktok”da 143 milyon istifadəçi izləyir.
 
Qısa müddətdə dünyada bu qədər məşhur olmağı bacaran seneqallının kim olduğu maraqla qarşılanmağa başlayıb. 

Özünəməxsus əl jesti olan Khabane Lamenin "Tiktok "videolarını ələ salaraq etdiyi paylaşımlar milyonlarla bəyənmə toplayır. 

Bəs qısa müddətdə bu qədər məşhurlaşaraq külli miqdarda pul da qazanan Khabane Lame kimdir?

Seneqaldan olan Khabane Lame 22 yaşındadır. O, illər əvvəl ailəsi ilə birlikdə İtaliyaya köçüb və burada yaşamağa başlayıb. İtaliyanın Çivasso şəhərində yaşayan Lame "Tiktok” videoları ilə adını dünyaya tanıdıb. Onun bir söz demədən çəkdiyi videolar milyonlarla dəfə baxılır və bəyənilir.

Son aylarda tiktokda 100 milyon istifadəçi həddini keçməyi bacaran Lame indi ən çox izləyicisi olan "Tiktok” hesabının sahibidir. Kiçik yaşlarından insanları güldürməyi sevdiyini deyən səssiz gülüş ustası çətin işlərin asan yolunu çəkərəkk videolar paylaşır.

Khabane Lamenin hazırda "Tiktok”da 143 milyondan çox, "Instagram”da isə 78 milyondan çox izləcisi var.

Aydın Nuri 
Mənbə:
0
114
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar