Tokio-2020: Azərbaycan ilk medalını qazandı (FOTO)

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

Qaynarinfo-nun məlumatına görə, buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medal qazanıb.

Qeyd edək ki, bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən indiyədək ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib.
Mənbə:
0
64
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar