Tom Kruz film çəkilişləri zamanı qarət olunub

Naməlum şəxslər “Qeyri-mümkün missiya” filminin 7-ci seriyasının çəkilişləri zamanı amerikalı aktyor Tom Kruzu qarət ediblər.

Xeberoxu.Az “The Sun” qəzetinə istinadla xəbər verir ki, hadisə Birmingemdə baş verib. Nəşrin məlumatına əsasən, aktyorun 100 min avro (137 min ABŞ dollarından çox) qiyməti olan BMW avtomobili otelin yanındakı parklama yerindən qaçırılıb. Avtomobilin yoxa çıxdığını aktyorun mühafizəçisi görüb. Tom Kruzun dediyinə görə, avtomobilin salonunda onun bir neçə min funt-sterlinq dəyərində şəxsi əşyaları olub.

Polis izləmə sistemi ilə təchiz olunmuş maşının yerini tezliklə müəyyənləşdirə bilib. Lakin aktyora məxsus bütün qiymətli əşyalar yoxa çıxıb.

Mənbə:
0
666
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar