"Tottenhem"də baş məşqçi postuna əsas namizəd açıqlandı

İngiltərənin "Tottenhem" klubunda Joze Mourinyonun istefaya göndərilməsindən sonra baş məşqçi postuna əsas namizəd bəlli olub.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, bu, Almaniyanın "Leyptsiq" komandasının baş məşqçisi Yulian Nagelsmandır.

34 yaşlı mütəxəssis London təmsilçisində işləməyə müsbət yanaşır. Lakin hazırkı klubunun Nagelsman üçün 12 milyon avro təzminat tələbi buna mane ola bilər.

Qeyd edək ki, "Leyptsiq" Bundesliqada 29 turdan sonra 61 xalla ikinci pillədə qərarlaşıb. "Tottenhem" isə Premyer Liqada 32 oyundan 50 xalla 7-ci pillədə qərarlaşıb. Yulian Nagelsmanın "Leyptsiq"lə müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
15
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar