• Şikayət et

Toydan qayıdan gənc AĞIR QƏZADA öldü:dostunun avtomobilini qaz kəmərinə çırpdı

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Toy şənliyindən qayıdan Şirvan sakini, 2003-cü il təvəllüdlü Kənan Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb.

Nəticədə o, hadisə yerində ölüb.

Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə:
0
74
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar