Tramp yenidən prezident olmaq istəyir:"Çoxhəyəcanlıyam"

Tramp, 2024-cü ildə yenidən namizəd ola bilər.  


MediaBaku.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, 3 oktyabr  2020-ci ildəki prezident seçkilərində məğlub olan, 2021-ci il yanvarın 20-də  hakimiyyətini Co Bidenə verən Tramp, "Candace  OvenSveen"in  təşkil  etdiyi  proqramda 2024-cü il prezident seçkilərinə  aid  planlarının olduğunu deyib.


ABŞ-ın keçmiş  prezidenti Donald Tramp, 2024-cu ildə  yenidən  prezidentlik üçün namizədliyini verib - verməyəcəyinə dair jurnalistlərin sualları cavablandırıb.


Onun sözlərinə görə, hər şey doğru zamanda məlum olacaq.


"Bu barədə çox  həyəcanlıyam. Doğru  bildiyim  vaxtda  bu  məsələ  ilə  bağlı açıqlama verəcəyəm. İndi  hələ bu barədə danışmaq tezdir, lakin insanların bu barədə açıqlama verdiyimdə çox şad olacaqlarını  düşünürəm. Prezident seçkiləri daha uzun müddətli olacaq. Bu qədər tez təbliğat aparılması böyük yük olar", - deyə Tramp bildirib.


Aidə Dərvişova

0
43
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar