Transfer, transfer... Ala, pul yoxdur da...

"Neftçi" Çempionlar Liqasına erkən yollanmışdısa, digər klublarımız tam tərkibdə avrokuboklara bu həftə qatıldı.

Dərhal da ölkə futbolunun aynası "zerkalnıy" güzgü kimi göründü.

"Qarabağ"la "Neftçi" davam, "Sumqayıt"la "Keşlə" tamam!

“Neftçi” Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”a məğlub olsa da, yoluna Avropa Liqasında davam edəcək. Burada da büdrəsə, Konfrans Liqasında "Qarabağ"a qoşulacaq.

Futbol nə günə qalıb ki, əksər komandalar UEFA-dan gələcək vəsaitin, bir mərhələnin pulunu sayır.

Neyləsinlər, kasıb uşaqlardır. Biri menecerliklə prezidentliyi "limandra"ya calayıb, “çax-çux”unu edir, bir başqası adını futbolçu kimi yazdırıb pulunu qazanır.

Vaxt var idi, bu məbləğlərin iki qatı aeroporta gəlib müqavilə bağlayıb geri dönən, çempionat üzü görməyən legionerlərlərə dağıdılırdı.

Qədrini bilmədilər. İndi qəpik-quruş həsrətindədilər. "

Neftçi" təzyiqdən, qorxudan pis-yaxşı oynamağa məcburdur, yoxsa “süpürərlər”. "Keşlə", "Sumqayıt" öz keflindədir.

Biri yerli futbolçular adından 30 yaşlı qurbaniləri oynadır, o biri də hər altı aydan bir dəstə-dəstə məşqçi, legioner futbolçuları gətirib, sonra da yola salır.

Hamısı da dövlətin puluna. Hazırın nazilərii manat-dollarları yerbəyer edib, gözlərini UEFA-nın avrolarına dikiblər. Uşaq məşqçiləri də 300-500 manata həsrətlə baxır.

Adını da qoyurlar, biz yeni komanda qururuq, futbolçu yetişdiririk. Beləcə, illər əriyir, qazananlar qazanır, çükarikçilər də gəlib komandalarımızı "çukka-çuk" çiləyib, yerlərini göstərirlər.

Bir il də belə yola verilir. Qarşıdan yeni mövsüm, Abşeron yarımadasında “ora-bura qaçmaq” dövrü başlayır.

Heç narahat olmayın, indi cücəyə bənzəyən komandalar 1 aydan sonra şirə dönəcək. Başlayacaq, nə başlayacaq!

Biri deyəcək, biz "Zirə"ni məğlub etməkdən ötrü bir həftə yatmaduq, baş sındırduq. O biri züy tutacaq ki, heç bizdən xəbəriniz yoxdur.

Yenə başlayıblar ki, “irəyon” komandaları niyə yoxdur, elə bilirlər, küləkdə, istidə, tıxacda Bayıldan "Dalğa Arena"ya yollanmaq asandır.

Hələ Sumqayıta nə əziyyətlə gedib çıxmağı demirik. Bəsdürün də, ala, siz futbol nə bilürsüz, nədü. Noolsun ki, "Çukariçki"nin məşqçisinin heç PRO-su da yoxdur,

Soçini yağış-su basmışdı, imkan vərün, futbolumuzu oynayaq.

Bütün günahlar boş-boş danışanlardadır. İmkan vermirlər, nəfəs alaq.

"Dinamo" zəifdü bəgəm? Israildə “Makkabi”dən 5-i buraxıblar, bizik günahkar? Çxazadzeni qoymusuz dağ başına, udsun da?

İndi də başlayacaqlar, yunan klublarını avrokuboklarda gör kimlər sıradan çıxartdı, "Olimpiakos" ikinci heyətlə oynayırdı. Gözümüz aydın, neynəyək, öldürək özümüzü?

Bu jurnalistlər də bir bəladu da. Yox e, demürük, sözə baxanlar da var. Mətbuat konfranslarında nə qədər sual vermək olar?

Transfer, transfer... Ala, pul yoxdur da...

Əsas odur, öz maaşlarımızı qaldırmışuq, imkan vərün, işləyək də. Asandu bəgəm? 40-45 yaşımız var, nə xəbərdü, təcrübə toplayıruq da. Təki başdaki patronumuz razı qalsun.

Siz kimsüz, ala?

Paxıllıqdan partdıyursuz. Uduzmuşuq, uduzmuşuq da..? Lap əcəb eləmüşük. Dünya dağılıb, yanğın baş verib, hər yeri sel-su basıb?

Futboldur da, noolub ala? Əl qatmusuz özüvüzə. Bu fanatlar da dəhşətdü də, tərifləyürük, xeyri yoxdur, bunlar da narazudu, söyürlər.

Biz XTQ-zaduq, topun-tankın qabağında gedib tapanca-tüfənglə Şuşaya dırmaşaq?

"Voopşe" futbol boş şeydü, əsas Qarabağdı!

Elə futbolda da, deyəsən, yenə ümid "Qarabağ"adır! (Atmaca)

Mənbə:
0
93
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar