"Türkiyə ilə yeni səhifə açılmayacaq" - Avropa Parlamenti nümayəndəsindən AÇIQLAMA

Avropa Parlamentində Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veber Türkiyə ilə bağlı bir sıra açıqlamalar verib. 
 
Sfera.az xəbər verir ki, Veber Türkiyənin Avropadan və Avropa dəyərlərindən uzaqlaşdığını, bu səbəbdən ikitərəfli münasibətlərdə yeni bir səhifə açıla bilməyəcəyini bildirib.

Partiya lideri viza liberallaşdırılması və ya Gömrük İttifaqının modernləşdirilməsindən də danışmağın mümkün olmadığını qeyd edib. 

"İlk addım inamı bərpa etmək, təxribatlara son qoymaq olacaq. Növbəti bir neçə həftə bu cür danışıqları davam etdirməyin məntiqli olub olmadığını aydınlaşdıracağıq", - deyə Veber əlavə edib.

İnci
Sfer.az 

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
139
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar