Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbçisi şəhid olub.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Pəncə-Kilid" əməliyyatı bölgəsində yaralanan müqaviləli hərbi qulluqçu Hakan Koroğlunun həyatını həkimlərin bütün müdaxilələrinə rəğmən xilas etmək mümkün olmayıb və o, şəhid olub", - məlumatda bildirilib.
Bundan başqa, telekanalın məlumatına görə, eyni bölgədə xidmətdə olan çavuş Mustafa Işıkı şimşək vuraraq öldürüb.
Milli.Az
13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT