• Şikayət et

Türkiyə S-400-lərin ikinci partiyasını alır – Akar

Türkiyə S-400 sistemlərinin ikinci partiyasının tədarükünə dair Rusiya ilə danışıqlar aparmağa davam edir.

Axar.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Ankara üçün Rusiyanın S-400 sistemlərini almaqdan imtina etmək problemli olardı. Ümid edirik ki, bu mövzu ilə bağlı ABŞ-la fikir ayrılıqlarımız dialoq yolu ilə həll oluna bilər”, - o bildirib.

Xatırladaq ki, Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bir neçə gün öncəki açıqlamasında S-400 komplekslərinin ikinci partiyası üçün birgə istehsal və texnologiyanın verilməsini istədiklərini açıqlamışdı.

Mənbə:
0
10
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar