• Şikayət et

Türkiyədə meşəni yandırmaqda şübhəli bilinən 7 rus turist həbs edilib

Türkiyənin Antalya şəhərində bir meşəni yandırmaqda şübhəli bilinən 7 rusiyalı turist saxlanılıb. Azerforum.com xəbər verir ki, Rusiyanın Baş Konsulluğundan RİA Novosti -yə verilən məlumata görə, Baş Konsulluq Türkiyə hüquq-mühafizə orqanlarının oktyabrın 23-də Antalya yaxınlığında Likiya cığırı ilə gəzintiyə çıxan bir qrup rusiyalı turisti saxlaması faktını təsdiqləyib. Yerli jandarma idarəsindən alınan məlumata görə, 7 Rusiya vətəndaşı saxlanılıb. Onlar Çağlarca rayonunda meşəni yandırmaqda şübhəli bilinir. Yerli qanunvericiliyə uyğun olaraq, hüquq -mühafizə orqanları tərcüməçinin iştirakı ilə işdə şübhəli biminın şəxslərin və şahidlərin ifadələri ilə bağlı protokol tərtib ediblər. Baş Konsulluğun nümayəndəsi məhbuslarla görüşüb, onlara qarşı irəli sürülən ittihamların mahiyyətini və qarşıdan gələn məhkəmə prosesinin hüquqi tərəflərini izah edib. Oktyabrın 24 -də məhkəmə iclası keçirilib. Vəkillərin vəsatətinə baxmayaraq, məhkəmə, rusiyalı turistlərin istintaq öncəsi araşdırma müddətində meşəni qəsdən yandırmaqda şübhəli bilinərək həbs edilməsi haqqında qərar qəbul edib.

 

Nihad

Mənbə:
0
8709
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar