Türkiyənin daha 4 bölgəsindən yanğınla bağlı xoş xəbər

"Meşəlik sahələrdən istifadə edərkən çox diqqətli olmalıyıq. Bu günlər yanğınlar üçün son dərəcə həssasdır".

Ölkə.Az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli deyib.

Onun sözlərinə görə, Milas, Bodrum Güvercinlik, Kayseri Yahyalı və Edirne Keşandakı yanğınlar artıq nəzarət altına alınıb.

Bundan öncə Türkiyə səlahiyyətliləri Adana şəhərinin Kozan rayonunda yanğınlar qismən, Kütahya, Kilis və Muğlanın Köyceğiz rayonunda  isə tamamən nəzarətə götürüldüyünü açıqlamışdı.

Türkiyə mediası yazır ki, iki gündə bir çox yerdə qəfil yanğınların baş verməsi, təxribat ehtimalını xatırlatdı. PKK -nın son illərdə meşələri hədəf aldığının məlum məsələ olduğunu qeyd edən yerli mətbuat, təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının bu ehtimal üzərində dayanaraq araşdırmaların aparıldığını bildirir.

Mənbə:
0
962
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar