Türkiyənin Hatay şəhərində rəsm sərgisi açılıb

Türkdilli ölkələrin dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümü şərəfinə Türkiyənin Hatay şəhərində rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın Türkiyədəki səfirləri, eləcə də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) rəhbər şəxsləri açılış mərasimində iştirak ediblər.

Qonaqları və iştirakçıları səmimiyyətlə salamlayan vali Rahmi Doğan və Hatay böyükşəhər bələdiyyəsinin sədri Lütfü Savaş türkdilli ölkələrin səfirlərinin və TÜRKSOY-un Baş katibinin bu bölgəni birgə ziyarət etməsini birlik və qardaşlıq rəmzi kimi dəyərləndiriblər.

Ötən otuz ildə türkdilli ölkələrin birliyi və inteqrasiyası istiqamətində görülən işləri yüksək dəyərləndirən baş katibi Düsen Kaseinov əminliklə bildirib ki, TÜRKSOY-un ortaq mədəniyyət layihələri tarixi bağlarımızı daha da möhkəmləndirəcək.

Hataya növbəti səfərinin Azərbaycanın 44 günlük Vətən savaşının qələbəsi əsasında zəfər müjdəli olduğunu xatırladan ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim “Bir millət, iki dövlət!” ifadəsinin mövcud dostluq, qardaşlıq və həmrəylik münasibətləri ilə həyat gerçəyinə çevrilməsindən məmnunluğunu ifadə edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

0
1717
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar