Ukrayna Səhiyyə Nazirliyi koronavirusla bağlı xəbərdarlıq edib

Ukraynada koronavirusa yoluxma sayında kəskin artım qeydə alınıb.

Xeberoxu.Az Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada ölkədə 2032 nəfər koronavirusa yoluxub. Ən çox yoluxma halları Kiyev və Xarkov vilayətlərində qeydə alınıb.

Son sutkada koronavirusa yoluxmuş 838 nəfər xəstəxanaya yerləşdirilib, 66 nəfəri isə vəfat edib.

Səhiyyə Nazirliyi, həmçinin xəbərdarlıq edib ki, Ukraynada son həftə ərzində “Delta” ştammı daha çox yayılmağa başlayıb. Ölkə rəsmiləri koronavirusun yayılma statistikası bu cür inkişaf edərsə, yaxın zamanlarda Ukraynanın lokdauna keçəcəyi ehtimalını anons edirlər.

Qeyd edək ki, pandemiya dövründə Ukraynada 2 280 203 insan koronavirusa yoluxub, onlardan 2 204 682 nəfəri sağalıb, 53 632-i isə vəfat edib.


Mənbə:
0
443
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar