• Şikayət et

"Ukraynaya hücum ideyası "Solğun Güvə"nin xəstə təfəkküründə yaranıb" - VİDEO

"Maral saxlayandan nə ideoloq olacaq ki?"
 
"Siz vəhşi adamabənzər varlıqlarla üz-üzə qalmısınız"
 
Putin Ukraynaya hərbi müdaxilı barədə qərarı təkbaşına qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində keçmiş sovet kəşfiyyatçısı, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı Yuri Şvets bəyan edib.
 
Qordon xatırladıb ki, bu həftə "Bloomberg" agentliyi məlumat verib ki, Putin Ukraynaya hərbi müdaxilə barədə qərarı az sayda "quzğunların" dairəsində qəbul edib, onların arasında müdafiə naziri Sergey Şoyqu, Baş Qərargah rəisi Valeri Gerasimov, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev olub.
 
"Mən bu məqaləyə inanmadım. Axı, Şoyqudan nə ideoloq olacaq ki? Siz Allah, boş verin, - Şvets deyib. - Onun "hərbi ixtisası" maralsaxlayandır. İdeologiya və Şoyqu bir- birinə uyğun gəlməyən iki nəsnədir. Daha kim var orada? Gerasimov hərb adamıdır. Ona nə desələr, təsdiq edəcək. Ona nə desələr... Xatırlayırsınızmı? Siz axı orduda xidmət keçmisiniz", - Şvets deyib.
 
Şvetsin fikrinə görə, Patruşev ideoloji siyasətçidir, lakin o da çətin ki, Putinin qərarına təsir edə bilsin.
 
"Rusiya Təhlükəsizlik Şurasının məlum iclasını xatırlayırsınız? O da orada olub. O, dərhal demədi ki, "gəlin, "LDXR"- i tanıyaq", o, dedi ki, "gəlin, əvvəlcə amerikalılarla danışaq" və s. Mən onun bu ideyanın yaranmasında fəal rolunu inkar etmirəm", - Şvets qeyd edib.
 
O, hesab edir ki, Putin hərbi müdaxilə barədə qərarı özü qəbul edib və dezinformasiyanın qurbanı olub.
 
"Düşünürəm ki, bu ideya həmin o "Solğun Güvə"nin (deyilənlərə görə, Putinin ayamalarından biridir; digər ayamaları "Siqaret kötüyü", "Botoks" olub) xəstə təfəkküründə doğulub. Bu, bir sistemdən doğan görsənişdir. Əvvəllər bu, Siyasi Büro olub, indi də prezidentin özüdür. O, nəyi eşitmək istəyirsə, ona o məlumatı təqdim edirlər. 20 ildir ki, belə davam edir. Beləcə, Putin özünün dezinformasiyasının qurbanı olub. Bax, bunun əsasında da bu adam ( təhsildə elə də seçilməyən, həyatda "3" qiymətə layiq olan adamın ağlı qaçıb) belə qərar verib", - Şvets deyib.
 
O, əmindir ki, Putin Ukraynanı lazımınca dəyərləndirə bilməyib və yanlış qərar verib.
 
"Heç demə, bu adam Ukraynanın nə demək olduğunu, Ukrayna Silahlı Qüvvələrinin nə demək olduğunu anlamır. Heç demə, o, gerçəkdə silahlı qüvvələrin nə demək olduğunu təsəvvür etmir. Heç demə, ABŞ- ın, Qərbin  reaksiyasının necə ola biləcəyindən anlayışı yoxdur. O, bunların heç birini gözləməyib! O, bu gün tətbiq edilən sanksiyaları da gözləməyib", - ekspert əminliyini ifadə edib.
 
Şvets deyib ki, məhz buna görə də Putini vaxtilə kəşfiyyata götürməyiblər.
 
"Mən Sizə demişəm, vaxtilə onu kəşfiyyata götürməyiblər. Bax, bunlara görə götürməyiblər! İndi, budur,  həyatında ilk və ən başlıca əməliyyatda tam iflasa uğrayıb. Bütün isitiqamətlərdə tam uğursuzluq və yanlışlıq göz önündədir", - Şvets vurğulayıb.
 
Daha sonra həmsöhbət rusiyalı əsgərlərdən danışıb.
 
Rusiyalı əsgərlər Ukraynada işğal etdiyi ərazilərdə cinayətlər törədir, insanları öldürür,  talançılıqla məşğul olur, bunlar bir çox mənada elə rus cəmiyyətinin əksidir.
 
"Cəmiyyət rəngarəngdir. Kimsə Moskvada və Sankt- Peterburqda, kimsə ucqar əyalətlərdə yaşayır. Silahlı Qüvvələr isə əsasən ucqarlarda yaşayanlardan formalaşır. Bu adamlar hələ XVIII əsrdə qalıb. Lermontov necə yazıb? "Əlvida, çirkli Rusiya". Bu adamlar unitaz nə olduğunu, qaz isitmə sisteminin nə olduğunu bilmir...Yəni, onların Ukrayna kəndlərində, şəhərlərində  gördükləri onlara qəribə gəlib", - Şvets deyib.
 
Onun sözlərinə görə, bu, ordu deyil, heyvan sürüsüdür.
 
"Bu kütlə qəddardır, qəzəblidir. Çünki onların həyatı alınmayıb. Ona görə də bütün dünyadan qisas almağa hazırdır. Özü də onlardan fərqli olan azad xalqı, azad insanları olan qonşusu var. Ona görə də onlara qarşı daha çox nifrət edirlər. Yəni siz vəhşi dəstələrlə üz- üzə qalmısınız", - Şvets sözlərinə yekun vurub.

Mənbə:
0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar