• Şikayət et

Urmu gölü ətrafında ekoloji problemlər çoxalıb

Gölün quruması duz fırtınaları riskinin dahada çoxalmasına səbəb olub.

Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Mehran Nəzəri, əyalətdə ən əhəmiyyətli ekoloji problemin su çatışmazlığı, xüsusilə son bir ildə Urmu gölünün səviyyəsinin kəskin azalması olduğunu deyərək, bunun nəticəsində bölgədə duz tozu fırtınaları riskinin kəskin artdığını bildirib.

Onun sözlərinə görə, ötən ilin oxşar dövrü ilə müqayisədə göldə suyun səviyyəsi 61 santimetr, gölün sahəsi 1423 kvadratkilometr, movcud olan suyun həcmi isə 2 milyard kubmetr azalıb.

Nəzəri, gölün bərpası yönündə işlərin ləngidilməsi təqdirdə bütün bunların güclü duz fırtınalarının baş verəcəyini və ətraf bölgələrdə olan bütün yaşayış yerlərini öz təsiri altına alacağını qeyd edib.

Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Urmu gölündə su səviyyəsinin azalması nəticəsində adaların bir-biri və quru ilə birləşdiyini, çox sayda bataqlıqların ortaya çıxdığını və bunun adalarda yaşayan nadir heyvan növləri. vəhşi təbiət üçün ciddi təhlükə törətdiyini söyləyib.

Qeyd edək ki, bundan öncə oktyabrın 6-da Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin sədr müavini Höccət Cabbari bölgədə yaşayan nadir heyvan növlərinin təhlükə qarşısında olduğunu deyib.

O, suyun quruması nəticəsində Aşk və Kəbudan adalarının gölün cənub sahilləri ilə birləşdiyini deyib. Onun szölrinə görə, bu, vəhşi təbiətə, qoç özəlliklə bölgəyə xas olan “Sarı maral” növlərinin həyatının risk altına düşməsinə səbəb olub.

“Suyun azalması bitki örtüyünün aradan getməsi ilə yanaşı adaların quru ilə birləşməsinə, adı çəkilən nadir heyvan növlərinin adalardan çıxaraq ətraf bataqlıqlarda məhv olmasına səbəb olacaq”-deyə, H.Cabbari bildirib.

Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin sədr müavini eyni halda belə olduğu təqdirdə yırtıcı heyvanların bölgəyə girməsinə, ekosistemin kəskin dəyişməsinə səbəb olacağını qeyd edib.

Mənbə:
0
7013
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar