• Şikayət et

Urmuda avtobus çatışmır: Nəqliyyat vasitələrinin yararsızlığı əhalini narazı salır

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində şəhərdaxili ictimai nəqliyyat vasitələri çatışmır.

Üstəlik xəttə buraxılan avtobusların yararsız olması əhalini narazı salır.

Bu barədə “İlna” xəbər agentliyi xəbər yayıb. Məlumatda bildirlir ki, ictimai nəqliyyat vasitələrinin azlığı ilə yanaşı xəttə buraxılan avtobusların keyfiyyətsizdir və standartlara uyğun deyil.

Maraqlıdır ki, hər gün hakimiyyət orqanları tərəfindən Urmu sakinlərinə ictimai nəqliyatdan istifadə barədə tövsiyyələr verilir. Lakin əlaqədar qurumlar ictimai nəqliyyat vasitələrində gigiyenik qaydalara riayət olunmasına, ximdətin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyət vermir.

Ona görə də insanlar şəxsi nəqliyyatdan istifadəyə üstünlük vermək məcburiyyətində qalırlar.

Urmulu öyrənci Əli Himməti “İlna”nın müxbiri ilə danışığında gündəlik avtubsdan istifadə etdiyini bildirib.

Onun sözlərinə görə, ancaq nəqliyyat vasitələrində normal havalandırma sistemi yoxdur, təmizlik işləri aparılmır, avtobuslar tez-tez sıradan çıxıb yolda qalır, nəticədə sərnişinlər əziyyət çəkir.

Başqa bir Urmu sakini Rza Zarei deyib ki, avtobusların çoxu köhnə və texniki cəhətdən nasazdır. Bu cür avtobuslara isə insanlar minmək istəmir.

Onun sözlərinə görə,ildə bir neçə dəfə taksi və avtobus xidmətlərinin qiyməti qaldırılsa da, xidmətin səviyyəsi aşağıdır.

Urmu Bələdiyyəsinin Yük və Sərnişin Nəqliyyatı Təşkilatının rəhbəri Nasir Səidabadi şəhərə nəqliyyatı ilə bağlı deyilənlərin həqiqəti əks etdirdiyini bildirib.

Səidabadi hal-hazırda 10 avtobusun təmir üçün qaraja göndərildiyini və yaxın iki ay ərzində istifadəyə veriləcəyini söyləyib.

Milyonluq Urmu şəhərində yüzlərlə qeyri-standart avtobusun fəaliyyət göstərdiyini nəzərə alsaq Yük və Sərnişin Nəqliyyatı Təşkilatının rəhbərinin qeyd etdiyi 10 avtobusun təmirinin ictimai nəqliyyat probleminin həllinə heç bir təsir göstərməyəcəyi aydın olar.

Bundan öncə Urmu şəhərində avtobus sürücüləri hüquqlarının pozulmasına etiraz olaraq aksiya keçiriblər. Onlar əmək haqlarının ödənilməsini, istifadəyə yararsız avtobusların yeniləri ilə əvəz olunmasını tələb ediblər.

Əlaqədar qurumlar bu sahədə olan problemləri irana qarşı beynəlsanksiyalarla əlaqələndirərək məsuliyyəti öz üzərlərindən atıb və bəzi qərb ölkələrini problemin səbəbkarı kimi vətəndaşlara hədəf göstəriblər.

Qeyd edək ki, sanksiyaları bəhanə edərək Urmu şəhərinin avtobus parkına bir yeni avtobus ayırmayan hökumət, Cari günəş ilində İsfahan şəhərinin avtobus parkına 100 yeni avtobus verib.

Mənbə:
0
6789
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar