• Şikayət et

"Uzaqvuran "qanadlı bombalar"ın tədarükü Rusiyanı hərbi taktikanı dəyişməyə məcbur edəcək" - VİDEO

"ABŞ Ukraynaya dəyəri 2, 2 milyard olan yeni hərbi yardım paketi tədarük edəcək, buraya uçuş məsafəsi 150 km-dək olan GLSDB raketləri də daxildir..."
 
"Qanadlı bombalardan ilk növbədə Rusiya ordusunun logistik mərkəzlərinə zərbələr üçün istifadə ediləcək..."
 
"GLSDB öz trayektoriyasını özündə olan peyk naviqasiyasının köməyi ilə korrektə edə bilir..."
 
Ukraynaya uçuş məsafəsi 150 km-dək olan özüyönləndirən GLSDB raketlərinin tədarükü Rusiya Silahlı Qüvvələrini döyüş əməliyyatlarının aparılması taktikasını dəyişməyə vadar edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Vaşinqtonun strateji və  beynəlxalq tədqiqatlar Mərkəzinin silahlar və təhlükəsizlik üzrə eksperti  Tom Karakonun fikrincə, Ukrayna, heç şübhəsiz, bu silahın tədarükündən yalnız udacaq. O, hesab edir ki, belə silah Ukrayna Silahlı Qüvvələrinə rusiyalı hərbçilər üçün gözlənilməzliklər yaratmağa imkan verəcək.
 
Hərbi ekspert Aleksandr Musiyenko vurğulayıb ki, hazırda Ukrayna ordusunun 80 km-dən uzaqda yerləşən hədəflərə hücum etmək imkanı yoxdur. Kiyev GLSDB raketlərini əldə edərsə, vəziyyət kökündən dəyişəcək.
 
"Rusiya qüvvələrinə uyğunlaşmaq və hərbi obyektlərini cəbhə xəttindən daha da uzağa yerdəyişmə etmək lazım gələcək", - Musiyenko əlavə edib.
 
Ukraynaya Amerikanın 2, 2 milyard dollarlıq yeni silahların gözlənilən tədarükü barəsində "Reuters" agentıiyi ABŞ administrasiyasında iki yüksəkvəzifəli mənbəyə istinadən məlumat verib.
 
ABŞ-ın yeni hərbi yardım paketinə uçuş məsafəsi 150 km-dək olan GLDSB raketləri də daxildir. Onlar Ukraynanın artıq malik olduğu HIMARS və M270  qurğularından buraxıla bilər. Hələlik Ukrayna ordusunda uçuş məsafəsi 80 km-dək olan GMLRS uzaqvuran raketləri vardır.
 
Bundan başqa, yardım paketinə yüksək dəqiqli döyüş sursatları, "Patriot" HHM sistemləri üçün avadanlıqlar və səyyar raketəleyhinə "Javelin" kompleksləri daxil ediləcək. Agentlik qeyd edir ki, ABŞ hələlik Ukraynanın xahiş etdiyi uçuş məsafəsi 300 km-dək olan ATACMS raketlərini verməkdən imtina edib.
 
Əgər USQ uzaqvuran "qanadlı bombalar" əldə etsə, onları ilk növbədə Rusiya ordusunun logistik mərkəzlərinə zərbələr üçün istifadə edəcək. Raketlərin uzaq mənzilli olması ukraynalı hərbçilərə Rusiya qüvvələrini böyük məsafədən hücum etməyə və ya mümkündür ki, Rusiyanın əlində saxladığı ərazinin dərinliyinə nüfuz etməyə imkan verəcək.
 
O cümlədən şərqdə Rusiyanın təchizat xətləri, habelə Rusiyanın işğal etdiyi Krım əlçatan olacaq.
 
Bu, agentliyin ekspertlərinin fikrincə, Rusiyanı öz hərbi anbarlarını cəbhə xəttindən daha uzağa yerdəyişməyə vadar edəcək, bu da döyüş sursatlarının çatdırılmasında əhəmiyyətli çətinliklər yaradacaq. Nəticədə Rusiya əsgərləri daha həssas olacaq, həmçinin istənilən yeni hücum planlarını xeyli çətinləşdirəcək.
 
"Bu isə Rusiyanın hərbi hərəkətlərini xeyli ləngidəcək, - bunu Ukraynanın sabiq müdafiə naziri Andrey Zaqorodnyuk deyib. - HIMARS-ların hadisələrin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərdiyi kimi, bu raketlər də qüvvələr nisbətinə daha da çox təsir edəcək".
 
"Əgər biz Rusiya ilə sərhəddin özünədək və ya işğal edilən Krıma çata bilsək, bu, əlbəttə ki, Rusiya qoşunlarının hücum potensialını azaldacaq, - Musiyenko əmindir. - Rusiya hazırda Krımdan böyük hərbi baza kimi istifadə edərək, oradan öz qoşunlarının cənub cəbhəsində möhkəmləndirilməsi üçün qüvvələr göndərir. Raketlərlə 150 km məsafəni vurmaq imkanı olanda biz Rusiyanın Krımla logistik əlaqəsini poza biləcəyik".
 
Bilavasitə dağıdıcı təsirindən savayı, Ukraynanın arsenalında yeni uzaq mənzilli silahın olması Rusiyanın həm də mənəvi cəhətdən özünəinamını xeyli sarsıda biləcək, agentlik qeyd edib.
 
 
GLSDB yerüstü az diametli reaktiv mühərrikli bombadır, müəyyən yüksəklik və sürət yığdıqdan sonra qanadları açılır və bundan sonra planlı surətdə uçur. Bu zaman o, kifayət qədər dəqiqdir, çünki öz trayektoriyasını özündə olan peyk naviqasiyasının köməyi ilə korrektə edə bilir. Bir belə bomba bir metrədək qalınlığı olan dəmir-betonu deşib keçə bilir.
 
GLSDB Ukraynaya 2023-cü ilin yazında çatdırıla bilər.

 

 

 

Mənbə:
0
11
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar