Van Deyk 9 aydan sonra oyuna çıxdı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Liverpul” yoxlama matçında qüvvəsini sınayıb.
 
AzxeberSport xəbər veri ki, Mersisayd klubu “Herta” ilə üz-üzə gəlib.
 
Qarşılaşma Almaniya təmsilçisinin 4:3 hesablı qələbəsiylə başa çatıb. “Liverpul”un qollarını Sadio Mane, Takumi Minamino, Aleks Oksleyd-Çemberleyn, “Herta”nın qollarını isə Santyaqo Askasibar, Suat Sərdar və Stevan Yovetiç (2) vurub.
 
“Liverpul”da ötən ilin oktyabrında zədələnən və uzun müddət yaşıl meydanlardan uzaq qalan Vircil van Deyk da bu matçda iştirak edib. Niderlandlı müdafiəçi matçın 69-cu dəqiqəsində meydana çıxıb. Beləliklə Van Deyk 9 aydan sonra “Liverpul”un oyununda iştirak edib.
Mənbə:
0
107
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar