• Şikayət et

Vaşinqton “Chevron”a Venesueladan ABŞ-a neft tədarük etməyə icazə verib

Vaşinqton amerikan neft və qaz şirkəti “Şevron”a (“Chevron”) Venesueladan ABŞ-a neft və neft məhsulları tədarük etməyə icazə verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin dərc etdiyi lisenziyada qeyd olunub.

“Lisenziya “Şevron”un birgə müəssisələri tərəfindən istehsal olunan neft və neft məhsullarının əvvəlcə “Şevron”a satılması şərtilə, “Şevron”un birgə müəssisələri tərəfindən istehsal olunan neft və ya neft məhsullarının ABŞ-a satışına, ixracına və ya idxalına icazə verir”, - sənəddə bildirilib.

Mənbə:
0
46
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar