Venger baş məşqçiliyə qayıdır

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger yenidən sevimli peşəsinə dönə bilər.
 
AzxeberSport saytının məlumatına görə, fransalı mütəxəssisin İsveçrə yığmasının sükanı arxasına keçmə variantı yaranıb.
 
AVRO-2020-dən sonra Vladimir Petkoviçlə yollarını ayıran İsveçrə Futbol Assosiasiyası bu posta axtarışlarını davam etdirir ki, namizədlər arasında Venger də var. 71 yaşlı çalışdırıcının DÇ-2022-də iştirak üçün qısamüddətli müqavilə imzalaması istisna edilmir.
 
Qeyd edək ki, Arsen Venger hazırda FİFA-da Qlobal Futbol İnkişafı departamentinin rəhbəridir.
Mənbə:
0
106
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar