Venger geri qayıdır?

Arsen Venger məşqçi karyerasını bərpa edə bilər.

Sportinfo.az xəbər verir ki, “Arsenal”ın sabiq baş məşqçisinin İsveçrə yığmasında çalışmaq ehtimalı var.

Məlumata görə, İsveçrə Futbol Federasiyasının siyahısında yığmaya namizəd məşqçilər arasında Vengerin adı ilk sıradadır.

Federasiya yığmanı DÇ-2022-nin final mərhələsinə çıxar biləcək məşqçi axtarır. Bu planı həyata keçirmək üçün isə Vengeri uyğun mütəxəssis hesab edirlər.

Venger “Arsenal”dan 2018-ci ildə ayrılıb.

Mənbə:
0
64
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar