• Şikayət et

İnzibati xəta haqqında elektron qərar

Əmək qanunvericiliyinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar, Vergi və Cinayət məcəllələrində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Mövzuya əmək qənunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

İnzibati Xətalar Məcəlləsinə 20 dekabr 2021-ci iltarixdə edilmiş dəyişikliklə Məcəlləyə “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər vəicbari sığorta sahələrində qanunvericiliyin pozulmasıilə əlaqədar olan inzibati xətalarla bağlı işlərə müvafiqinformasiya sistemlərindən (ehtiyatlarından) istifadəedilməklə baxılmanın xüsusiyyətləri” adlı fəsil əlavəedilib.

191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrdə nəzərdə tutulmuşinzibati xətalar haqqında işlərə elektron informasiyasistemlərindən istifadə edilməklə baxılır. Həminmaddələr üzrə inzibati xətalara elektron informasiyasistemləri vasitəsilə aşkar edildikdə, inzibati xətanıtörətmiş şəxşin iştirakı olmadan real vaxt refimindəmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) informasiya sistemində elektonsənəd şəklində hüquqi şəxslər, o cümlədən onlarınvəzifəli şəxsləri barəsində inzibati xəta haqqındaelektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər(hüquqi şəxs barəsində elektron protokol tərtibedilmədiyi halda) barəsində isə inzibati tənbeh verməhaqqında elektron qərar çıxarılır və elektron imza ilətəsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərarreal vaxt rejimində elektron qaydada məlumatlar əlavəedilməklə müvafiq qaydada elektron informasiyasisteminə göndərilir. İnformasiya sistemininməlumatları inzibati xəta haqqında iş üzrə icraat başaçatanadək və hər bir halda inzibati xəta haqqında işüzrə qərar rəsmi qaydada məlumatlandırıldığı vaxtdanüç aydan az olmayan müddətdə saxlanılmalıdır.

İnzibati Xətalar Məcəlləsinin 57.7-ci maddəsinəəsasən, informasiya sistemləri (ehtiyatları) vasitəsiləaşkar edilən inzibati xəta haqqında elektron protokolvə ya inzibati tənbehvermə haqqında elektron qəraraşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesabolunur:

- inzibati xəta törətmiş şəxsin elektron kabinetindəolan mobil telefon nömrəsinə inzibati xətahaqqında Məcəllədə nəzərdə tutulan qayda, SMS məlumat çatdırıldığı vaxtdan,

- inzibati xəta tömətmiş şəxs onun elektronkabinetinə yerləşdirilmiş inzibati xəta haqqındaelektron protokol və ya inzibati tənbeh verməhaqqında elektron qərar və onun əlavələri ilə tanışolduğu vaxtdan barəsində nəzərdə tutulan qaydadainzibati xəta haqqında elektron protokol tərtibedilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəlişəxsi burada qeyd olunan inzibati cəriməni həminprotokol ona nəzərdə tutulan rəsmi qaydadaverildiyi vaxtdan on gün müddətində ödədikdəprotokolla razılaşmış olur və həmin protokol eyniməzmunlu inzibati tənbehvermə haqqında elektronqərar hesab edilir.

Qeyd edilən müddətdə cəriməni ödəmədikdə həminprotokol baxılması üçün bir gün müddətində müvafiqqurum tərəfindən məhkəməyə göndərilir.

İnzibatı xəta haqqında elektron protokol tərtibedildikdə və ya inzibati tənbehvermə haqqında elektronqərar çıxarıldıqda inzibati cərimənin məbləği həmininzibatı xətaya görə məsuliyyət nəzərdə tutan buMəcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdətutulan cərimənin aşağı həddində müəyyən olunur.

Yuxarıda nəzərdə tutulmuş inzibati xətaları törətmişşəxs inzibati xəta haqqında elektron protokol və yainzibati tənbeh vermə haqqında elektron qərar barədəaşağıdakı qaydada məlumatlandırılır:

- informasiya sistemi inzibati xəta haqqında elektronprotokolu və ya inzibati xəta haqqında iş üzrəqərarı və onların əlavələrini barəsində inzibati xətahaqqında iş üzrə icraat aparılan şəxsin elektronkabinetində dərhal yerləşdirir və elektron ünvanına(olduğu halda) göndərir;

- eyni zamanda, informasiya sistemi şəxsin elektronkabinetində olan mobil telefon nömrəsinə inzibatixəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəlləninhansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlbolunması, cərimənin məbləği, inzibati xətahaqqında elektron protokolun və ya inzibati xətahaqqında iş üzrə qərarın nömrəsi, həmin sənədləvə ona əlavə edilmiş materiallarla tanış ola biləcəyielektron kabinetin internet ünvanı və daxilolmaqaydası) barədə ödənişsiz SMS məlumatı dərhalgöndərir;

- inzibati tənbeh vermə haqqında elektron qərar əlavəedilmiş materiallarla birlikdə informasiya sistemitərəfindən kağız daşıyıcıda çap olunaraq, sifarişlipoçt vasitəsilə rəsmi qaydada verilməsi üçün ikigün ərzində müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqana (quruma) göndərilir.

Barəsində bu Məcəllənin nəzərdə tutulmuş qaydadainzibati tənbehvermə haqqında elektron qərarçıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarlarazılaşmadığı hallarda həmin qərar ona rəsmi qaydadaverildiyi vaxtdan 20 gün müddətində yuxarısəlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyəşikayət verə bilər. Şikayət informasiya sistemivasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsiləgöndərilə bilər.

Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xətahaqqında iş özrə qərardan şikayət verildikdə, yuxarısəlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqlaqərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xətahaqqında iş üzrə elektron qərarın dəyişdirilmədənsaxlanılması barədə qərar qəbul edilir.

Ləğv və ya qüvvədə saxlama barədə qərarlarinformasiya sistemində yerləşdirilir və barəsindəinzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsəhəmin qərar barədə Məcəllənin 57-ci maddəsindənəzərdə tutulmuş qaydada məlumat verilir.

İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən əngeci üç ay keçənədək verilə bilər. İnzibati XətalarMəcəlləsinin 38.1-ci maddəsində bəzi hallar müəyyənedilmişdir ki, inzibati tənbeh inzibati xətanıntörədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Nəzərdə tutulan müddətlər uzanan inzibati xətalaramünasibətdə xətanın aşkara çıxarıldığı gündənhesablanır.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı

Mənbə:
0
161
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar