• Şikayət et

Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə müzakirələr aparılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsi tərəfindən təşkil edilmiş növbəti belə görüş Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının nümayəndələri ilə keçirilib. Görüşdə malların idxalı zamanı ƏDV-nin ödənilməsinə bank zəmanəti əsasında möhlət verilməsi, sənədsiz mal dövriyyəsi üzərində nəzarətin gücləndirilməsi, uşaq geyimlərinə tətbiq edilən ƏDV-nin dərəcəsinə yenidən baxılması ilə bağlı assosiasiya tərəfindən təkliflər səsləndirilib.

Dövlət - biznes əməkdaşlığının daha da inkişaf etdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi üçün görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Mənbə:
0
150
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar