• Şikayət et

Saziş layihəsi ilə bağlı danışıqlar aparılıb

Azərbaycan və Sinqapur arasında gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqlar aparılıb.

Danışıqlarda Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Maliyyə Nazirliyinin, Sinqapur tərəfindən isə Daxili Gəlir İdarəsinin ekspertləri iştirak ediblər. Müzakirələr Sinqapur şəhərində keçirilib. Saziş imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacağı və məlumat mübadiləsi üzrə effektiv münasibətlərin formalaşacağı vurğulanıb.

Müzakirələr qarşılıqlı anlaşılma şəraitində keçib, hər iki tərəf açıq qalan müddəaların tez bir zamanda razılaşdırılması istiqamətində səylərin göstərilməsi barədə razılığa gəliblər.

Mənbə:
0
127
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar