• Şikayət et

Yan Nemeçek: “Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın əsasını neft sənayesi təşkil edir”

Müsahibimiz Çexiya Elmlər Akademiyasının Tarix İnstitutunun direktorunun birinci müavini, iqtisadiyyat üzrə analitik Yan Nemeçekdir:

- İlk öncə bilmək istərdik ki, Azərbaycan və Çexiya arasında iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan-Çexiya iqtisadi əməkdaşlığının səviyyəsi çox yüksək və dostcasına qiymətləndirilə bilər. Neft sənayesi, təbii ki, əməkdaşlığımızın əsasını təşkil edir. Çexiyanın biznes sektoru və dövlət qurumları bu sahəni daha önəmli hesab edir, çünki Azərbaycan enerji bazarında kifayət qədər güclü oyunçudur. Lakin biz bununla qane ola bilmərik, digər sahələrdə də əməkdaşlığı genişləndirmək əzmindəyik. Bu baxımdan, bərpa olunan resurslar sahəsində əməkdaşlıq sahəsində öhdəlikləri qeyd etmək yerinə düşər. Çexiyada bərpa olunan enerji mənbələrinə ciddi maraq göstərilir.
- Ölkələrimiz arasında ticarət əlaqələri hansı səviyyədədir?
- Bakı ilə Praqa arasında ticarət əlaqələri hazırda yüksək səviyyədədir, ona görə də ticarətlə məşğul olan bütün şirkətlərin uğur qazanmaq şansları var. Kimya və neft-kimya sənayesi ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı seçimdir. Çexiya bu baxımdan kifayət qədər güclü potensiala malikdir və bu istiqamətdə müxtəlif vektorlu əməkdaşlıq imkanları mövcuddur. Məsələn, toxuculuq sektoru: Çexiyada bir çox ənənəvi tekstil istehsalçıları işlərini dayandırdığından bu sahədəki müəyyən boşluqları doldurmaq üçün Azərbaycanla əməkdaşlıq faydalı ola bilər.
Çexiyanın ixrac imkanları da genişdir. Nəqliyyat vasitələrinin, xüsusilə lokomotivlərin və vaqonların tədarükü sahəsində gələcək əməkdaşlıq çox faydalı ola bilər. Bu baxımdan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu ilə, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri, o cümlədən startaplar üçün layihələrdə əməkdaşlıq etmək və şirkətlərə kömək etmək yaxşı perspektivlər açır.
- Ölkələrimiz arasında heyvandarlıq sahəsində əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Ticarətin şaxələndirilməsi fonunda Azərbaycandan meyvə-tərəvəz idxal edib, Çexiyadan mal-qara ixracından istifadə etmək olar. Çexiyada heyvanldarlığın inkişafına böyük önəm verilir.
Çex istehlakçıları Azərbaycanın meyvə-tərəvəzinə kifayət qədər maraq göstərir. Bu sahədə ixracı genişləndirmək üçün daha yüksək keyfiyyətə nail olmaq, rəqabətədavamlı məhsul istehsal etmək vacibdir. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində də Çexiya ixracı dəstəkləyə bilər. Çexiya istehsallı yüksək keyfiyyətli süd, çörək məhsulları, pivə isə Azərbaycan xalqının, sözün əsl mənasında, sevəcəyi məhsullardır...

Çıxarış:
1. Azərbaycan enerji bazarında kifayət qədər güclü oyunçudur

2. Çexiyada bir çox ənənəvi tekstil istehsalçıları işlərini dayandırdığından bu sahədəki müəyyən boşluqları doldurmaq üçün Azərbaycanla əməkdaşlıq faydalı ola bilər

Mənbə:
0
163
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar