• Şikayət et

Videokartlar bazarı 2009-cu ildən indiyənə kimi ən böyük düşüşü yaşayıb


    Jon Peddie Research adlı təqiqat şirkəti bu ilin üçüncü rübü üzrə videokart bazarının vəziyyəti barəsində hesabatını təqdim edib. Mütəxəssislər stolüstü kompüter və noutbuk kateqoriyalarında müxtəlif videokart istehsalçılarının bazarın nə qədər payına sahib olduqlarını hesablayıblar. Beləliklə statistikaya əsasən bu ilin üçüncü rübündə kompüterlər üçün videokartların istehsalı ümumilikdə 25.1% aşağı düşüb. Stolüstü kompüterlər üçün düşüş göstəricisi 15.43%, noutbuklar üçün isə 30% təşkil edib. Mütəxəssislərin sözlərinə əsasən bu, 2009-cu ildən bəri ən böyük düşüş göstəriciləridir. Diskret qrafik prosessorların istehsalı 41.6% aşağı düşüb. Bununla belə NVIDIA şirkəti diskret videokartlar bazarında öz payını 88% yüksəltməyi bacarıb. AMD şirkətinin bu bazardakı payı isə 8% aşağı düşüb. Intel-də bu göstərici 4%-dir. Lakin buna baxmayaraq Intel şirkəti inteqrasiya edilmiş qrafika bazarında lider olaraq çıxış edir. Belə ki, şirkət bu bazarın 87%-nə, AMD isə 13%-nə sahibdir.


Mənbə:
0
152
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar