• Şikayət et

Azərbaycana münasibətdə fars millətçiləri ilə fars molla rejiminin fərqi varmı?

Özünü mühacirətdə yaşayan 10 milyon və İranda yaşayan 80 milyon iranlının mətbuat orqanı kimi təqdim edən “iranintl.com/live” saytı İran-Azərbaycan qarşıdurması ilə bağlı məqalə təqdim edib.

Bu sayt fars millətçiliyini bir qədər elitar formada təmsil edir. Və Azərbaycana qarşı düşmən mövqeyindədir...
Sayt İlham Əliyevin pan-türkçü çıxışlarının birindən sitat gətirir: “Türk Dünyasının coğrafi sərhədləri Türk Dövlətlərinin sərhədindən daha genişdir”. Və bu kontekstdə qeyd olunur ki, Bakıdakı dövlət mediası İranın şimal-qərbində yaşayan İran azərbaycanlılarının çoxluqda olduğu ərazini “Cənubi Azərbaycan” adlandırır...
Sayt onu da bildirir ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının Vaşinqtonda yaşayan lideri Mahmudəli Çöhrəqanlı  noyabrın 4-də Azərbaycan dövlət televiziyasına çıxış edərək “fars faşist molla rejimi”nin sona çatacağını bildirib. Bir vaxtlar Bakıda “persona not qrata” sayılan Mahmudəli Çöhrəqanlı son vaxtlar “azərbaycanlıların düşməni” olan Tehranla İrəvan arasındakı münasibətləri tənqid edib və Ermənistanın Təbrizdə açılacaq konsulluğunun “yerlə yeksan” ediləcəyini dilə gətirib...
Qərbdə yaşayan fars millətçiləri molla rejimini sevmir. Ancaq elə onlar da “fars şovinist molla rejimi” qədər Azərbaycan türklərinə nifrət edirlər və ermənilərin yanındadırlar. Bu önəmli məqamı da heç vaxt yaddan çıxarmayaq.

Elbəyi Həsənli

visiontv.az


Mənbə:
0
74
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar