• Şikayət et

Azərbaycanın Albaniyada Səfirliyi təsis ediləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Qanunu imzalayıb.

Visiontv.az Apa.ya istinadən xəbər verir ki, Qanuna əsasən, Azərbaycanın Albaniyada səfirliyi təsis ediləcək.

Eyni zamanda, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq edəcək.


Mənbə:
0
102
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar