Voleybol üzrə Azərbaycan çempionatları ləğv olunub

Voleybol üzrə Azərbaycan çempionatları keçirilməyəcək.

Bu barədə Open.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Bildirilib ki, yarışların keçirilməməsinə səbəb koronavirus pandemiyasıdır. Qapalı məkanda məşq etməyə qadağaların tətbiqi voleybolçuların hazırlıq keçməsi və yarışların təşkilinə imkan vermir. Bu üzdən də 2020/21 mövsümündə kişi və qadınlar arasında ölkə çempionatı, həmçinin 1-ci dəstədəki yarışlar baş tutmayacaq.

Koronavirus pandemiyası ötən mövsümün də yarımçıq dayandırılması ilə nəticələnmişdi. 2019/20 mövsümündə qaliblər elan olunmadan saxlanılıb.

Qeyd edək ki, növbəti – 2021/22 mövsümünün keçirilib-keçirilməməsi koronavirusla bağlı vəziyyətdən asılı olacaq.

Voleyboldan öncə isə basketbol üzrə Azərbaycan çempionatında mövsümün ləğv olunması barədə qərar verilib.

Mənbə:
0
843
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar