• Şikayət et

Vüqar Səfərlinin neçə il həbs gözləyir? - Hüquqşünas

KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.

Bunu Axar.az-a açıqlamasında hüquqşünas Aqil Layıc deyib. O bildirib ki, Səfərli xüsusilə ağır cinayətlər törətməkdə ittiham edilib.

Qeyd edək ki, Vüqar Səfərli Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən həbs edilib.

Mənbə:
0
6
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar