Xaçmazın ucqar kəndlərində gözəllik salonu olmasa da, o gözəlliyi evlərə gətirən bərbər xanım var. Belə ki, saç ustası işləyən xanım öz velosipedi ilə evlərə gedərək səyyar xidmət göstərir. O, bu xidməti ilə həm qadınları gözəlləşdirir, həm də özü üçün qazanc əldə edir. Növbəti süjetimizdə Leyla Fətəliyevanı yaxından tanıyacağıq.
Velosipeddən adətən nə üçün istifadə edirik? Ya sağlıq üçün ,ya yolumuzu qısaltmaq üçün, amma xaçmazın şəhər və kəndlərində küçələrdə düz bir ildir gördüyümüz bu xanım bərbərlik etmək üçün velosipeddən istifadə edir ..
Xaçmazda onu səyyar xidmət göstərən velobərbər kimi tanıyıb sevirlər. 3 övlad anası olan Leyla bu işin qazanc gətirməsiylə yanaşı, həm də qadınların üzündəki məmnunluq hissinin ona sevinc bəxş etdiyini söyləyir. O, gözəllik salonu olmayan ən ucqar kəndlərdə belə öz xidmətini göstərir.
Leyla Fətəliyeva - velobərbər
Mən işdən çıxmalı oldum. Bir neçə iş yeri dəyişdim.Sonra mənə müştərilərim tez-tez zəng edirdi ki, hara gələk? Hansı salondasan? Azyaşlı uşaqları olan, salon xidmətlərindən yararlana bilməyən xəstə xanımlar,Həmdə ,ailə başçısını itirən, yataq xəstəsi olan xanımlara ,uşaqlara mən təmənnasız xidmət göstərirəm
Milarə Abbasova -müştəri
68 yaşım var ,salona getməyə bəzən tənbəllik edirəm,bəzən tələsik işim olur yaxşıki leyla var bizi vəziyyətdən cıxarır,bütün xanımlara baxımlı olmağı arzu edirəm
Leyla Fətəliyeva - velobərbər
Velobərbər həm də salon kimi fəaliyyətə başlayandan sonra xanımlar da məni qəbul eləməyə, sevməyə başladılar Hətta xanımlar olur ki, müraciət edirlər ki, mən öyrənmək istəyirəm, gəl bizi də öyrət
Leyla Fətəliyeva sahibkar qadınlara dəstək proqramlarında da iştirak edir. Biznes layihələrə, təlimlərə qatılır və özünü təkmilləşdirməyə davam edir.
atv.az