• Şikayət et

Xiaomi 13 smartfonu barəsində yeni məlumatlar verilib


    Yaxın zamanda Xiapmi 13 smartfon seriyasının təqdimatı gözlənilir. Bu səbəbdən də Xiaomi 13 smartfonları barəsində məlumatlar mütəmadi olaraq internetdə ortaya çıxır. Təqdim edilmiş yeni məlumatlarda isə Xiaomi 13-ün texniki özəllikləri ilə yanaşı həmçinin onun qiyməti də əks olunub. Gözləntilərə əsasən Xiaomi 12-dən fərqli olaraq Xiaomi 13-ün qiymətində bir qədər artım olacaq. Beləliklə verilmiş məlumata əsasən Xiaomi öz yeni flaqman smartfonunun istehsalına artıq start verib. İnsayderlər bildiriblər ki, pandemiyanın təsiri, smartfon detallarının çatışmazlığı və digər faktorlar səbəbilə yeni flaqman smartfon 15% daha baha qiymətə satılacaq.


    Gözləntilərə əsasən onun qiyməti 630$-dan start götürəcək. Bununla yanaşı Snapdragon 8 Gen 2 prosessoruna sahib Xiaomi 13 modeli bir neçə müddət budan öncə Geekbench bençmark saytının testlərindən keçib. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 1497 xal, çox nüvəli testi çərçivəsində isə 5089 xal toplayıb. Məlumatda qeyd edilib ki, Geekbench testlərindən Xiaomi 13-ün 12 GB RAM-a sahib versiyası keçib. Son məlumatlara əsasən adi Xiaomi 13 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.2 düym yastı AMOLED ekran ilə təchiz olunacaq. Xiaomi 13 Pro isə kənarları əyilmiş dizaynda reallaşdırılmış 6.7 düym AMOLED ekrana sahib olacaq.

Mənbə:
0
107
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar