• Şikayət et

Xiaomi isitmə sisteminə sahib şərfi satışa çıxardıb - QİYMƏTİ


    Xiaomi şirkəti Youpin adlı crowdfunding platformasında soyuq qış günlərində aktual olacaq yeni məhsulunu satışa çıxardıb. Söhbət, istilik sisteminə sahib şərfdən gedir. Bununla yanaşı sözügedən şərf suya, sulu qara, yuyulmaya dözümlüdür və həmçinin portativ şarj cihazı vasitəsilə minimum enerji sərf edir. Xiaomi bildirib ki, sözügedən şərf təyin edilmiş temperatura (38, 40 və 50 dərəcə Selsi) kimi 3 saniyə ərzində qızır. Bu şərf həmçinin cərəyan yüklənməsindən, yüksək temperatura kimi qızmadan və qısaqapanmadan qorunur.


    Hansısa həll edilməyən texniki problemin yarandığı halda şərfin sahib olduğu qızdırıcı element avtomatik şəkildə deaktiv olur. Şərf IPX7 standartı üzrə yağışdan, yüksək nəmişlikdən və digər mənfi hava şəraitindən qorunur. Bundan əlaəv olaraq şərfi rahatlıqla paltaryuyan maşında yumaq olar. Enerji mənbəyi qismində xarici portativ batareyadan istifadə etmək lazımdır. Buna misal olaraq hər hansısa powerbank-ı gətirmək oalr. Məlumata əsasən 5000 mAh həcmində enerji tutumlu powerbank sözügedən şərfin 7 saat ərzində çalışmasını təmin edə bilir. İsitmə sisteminə sahib şərfi artıq Çində sifariş etmək olar. Onun qiyməti 21$ təşkil edir. İlk alıcılar isə Xiaomi şirkətinin 5000 mAh-lıq powerbank-ını əldə edəcəklər.

Mənbə:
0
105
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar