• Şikayət et

Xiaomi smartfonlar üçün yeni hərəkətli ön kamera konstruksiyasını patentləşdirib


    Smartfon istehsalçıları öz cihazlarında tam ekran formatını təmin etmək yolunda müxtəlif üsullardan istifadə edirlər. Onların arasında kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntılar, ekranın alt hissəsinə yerləşdirilən kameralar və cihazların gövdələrinə inteqrasiya edilən hərəkətli kameralar var. Hərəkətli kameraların etibarlılıq və dözümlülük məsələsində ciddi şəkildə tənqid olunma hallarının demək olar ki, olmadıqlarına baxmayaraq Xiaomi OPPO kimi şirkətlər bu cür ideyadan tez imtina etdilər. Məsələn indiki vaxtda sözügedən kamera konstruksiyasına sahib olmuş Redmi K20, OPPO Reno Reno 2 smartfonlarını bəlkə də çox istifadəçi xatırlamaz.


    Lakin Xiaomi nə vaxtsa bu ideyaya geri dönmək ümidini hələ də saxlayıb. Şirkət tərəfindən bir neçə müddət bundan öncə qeydiyyatdan keçirilmiş patent buna işarə edir. Qeydiyyatdan keçirilmiş patentdə şirkət tamamilə yeni hərəkətli ön kamera konstruksiyasını təsvir edib. Patent təsvirində olan məlumata əsasən yeni hərəkətli ön kamera konstruksiyası çərçivəsində kamera modulu gövdə daxilindən avtomatik şəkildə xarici istiqamətə çıxmayacaq. Bu prosesi istifadəçi özü fərdi şəkildə reallaşdırmalı olacaq. Bunun üçün smartfonun kənar hissəsində xüsusi düymə yerləşəcək və həmin düymənin hərəkətə gətirilməsi öz növbəsində ön kameranın gövdə daxilindən xarici istiqamətə çıxmasını təmin edəcək. Sözügedən ideyanın nəticə etibarilə smartfonlarda reallaşdırılıb-reallaşdırılmayacağı bilinmir.

Mənbə:
0
144
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar