• Şikayət et

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Qubada 613 ağac əkilib

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Quba rayonunda ağacəkmə aksiyası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə rayonun Zərdabi kəndi ərazisində, Quba-Xaçmaz yolunun ətrafında 613 ədəd şam, göyrüş, akasiya, tuya və digər növ ağac əkilib.

Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

Mənbə:
0
98
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar