Yaponiyanın Fukusima prefekturasının sahillərində 5,2 bal gücündə zəlzələ olub

Avqustun 22-də Yaponiyanın Fukusima prefekturasının sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Fukusima prefekturasının sahillərində, ocağı okeanın dibindən 60 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

“Fukusima-1” AES-in operatoru “Tokyo Power Co.” şirkətinin yaydığı məlumata görə AES ərazisində ştatdankənar vəziyyət qeydə alınmayıb.


Mənbə:
0
520
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar