Yaralanaraq hospitalda ölən şəxsə şəhid status verilmir (ŞİKAYƏT/FOTO)

İkinci Qarabağ Savaşında Suqovuşan uğrunda döyüşlərdə ağır yaralanan və sonradan dünyasını dəyişən Teymur Yusifova şəhid status verilmir. Qaynarinfo xəbər verir ki, bu barədə onun qardaşı qızı Əsmər Məmmədova bildirib.
Məmmədov Teymur Yusif oğlu 1982-ci ildə anadan olub. Müharibə başlayanda səhhətindəki problemlərə görə xəstəxanada yatsa da, müalicəsini yarımçıq qoyaraq könüllü döyüşə yollanıb.
Suqovuşan uğrunda döyüşlərdə yanında mərmi partlayıb və Teymur Məmmədov ağır yaralanıb. "Papanin hospitalında müalicə alırdı, əməliyyat olunacaqdı, amma "yaxşı " insanlar bir sənəd ucbatından razılıq vermədi ki, həkim əməliyyat etsin. Həmin vaxtı sağlığında başqa problemin olduğu ortaya çıxdı. Edilməyən, başdan getdi aparılan müalicə nəticəsində 7 ay sonra iyun ayının 3 də şəhid oldu. İstədiyim şəhidlik adının verilməsidir”, - deyə Teymur Məmmədovun qardaşı qızı bildirib. Vidadi

Mənbə:
0
96
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar