• Şikayət et

Yataq otağında qonşusunu görən qadın şoka düşdü: Silahla vurub öldürdü

Yataq otağında qonşusunu görən qadın gördüklərindən şoka düşüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatında yaşayan qadın evdə yatarkən yataq otağından gələn səslərə oyanıb. Qadın yuxudan oyananda çarpayısında 26 yaşlı qonşusu Castin Uirti görüb və polisə müraciət edib.
 
Castin ona hücum etdikdən sonra ikisi bir müddət mübarizə aparıb. Qadın əlindəki silahla Castini vuraraq öldürüb.

Polisin verdiyi açıqlamada Castinin qadının evinə niyə girdiyini və qadınla Castin arasında necə münasibət olduğunu bilmədiklərini bildirib.

Polis hadisə ilə bağlı istintaq başladıldığını və qadının özünü müdafiə məqsədi ilə Castini güllələdiyini bildirib.

Qadının qonşuları da Castinin qadının evinə soxulmasının onları da narahat etdiyini və qadının Castini öldürmək məcburiyyətində qalmasından təəssüfləndiklərini bildiriblər.

Hadisə ilə bağlı istintaq davam etsə də, qadının həbs edilib-edilməməsi ilə bağlı heç bir açıqlama verilməyib.
 
Ayşən
Mənbə:
0
84
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar