• Şikayət et

Yerevanda müxalifət yürüş keçirir

Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə müxalifət Yerevan şəhərinin mərkəzində yürüşə başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, metronun “Respublika meydanı” stansiyası qarşısından hərəkət edən yürüş iştirakçıları Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin binasına doğru irəliləyərək “Nikolsuz Ermənistan” şüarını səsləndirirlər.

Aksiyanın təşkilatçılarından olan Daşnaksütyun Partiyasının nümayəndəsi İşxan Sağatelyan polisi baş nazirin göstərişlərini yerinə yetirməməyə çağırıb: “Nikol Paşinyanın polisə arxalanaraq ölkədə diktatura qurmasına yol verməyəcəyik”.

Bundan əvvəl paytaxtın mərkəzində etiraz aksiyası keçirən 57 müxalifətçi saxlanılıb.

Mənbə:
0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar