Zakir Sultanovun məhkəməsində ifadə verən şahid: "Tenderlərdə qalib olandan sonra pulun bir hissəsini geri qaytarırdıq"

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberoxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sərdrliyi ilə keçirilən prosesdə şahid qismində "Piramida" şirkətinin rəhbəri Şamxal Ağaşirinov dindirilib.

Şahid ifadəsində Zakir Sultanovu tanıdığını və birlikdə iş gördüklərini deyib: "Keçirilən tenderlərdə qalib olandan sonra hesabımıza köçürülən pulun bir hissəsini geri qaytarırdıq. Tenderləri qazandıqdan sonra heabımıza 6 milyon manat pul köçürdülər. Həmin məbləğin 900 min manatını geri qaytardım".

Zakir Sultanov isə şahidin ifadəsində qeyd etdiyi 900 min manata Dövlət Xidməti üçün lazım olan avadanlıqlar aldırdığını bildririb.

Məhkəmədə ifadə verməli olan digər şahidlərin isə iclasa gəlmədikləri elan olunub.

Proses sentyabrın 3-ə davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb.

Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.


Mənbə:
0
474
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar