Özbəkistan portalı Azərbaycan Prezidentinin BMT-nin ölkəmizə yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul etməsi ilə bağlı xəbər yayımlayıb

Özbəkistanın “tnews.uz” portalı öz səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin ölkəmizə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul etməsi ilə bağlı rus dilində material yerləşdirib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq.

Dövlətimizin başçısı deyib: “Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi”.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə Qoşulmama Hərəkatının sədri kimi görülən işlər haqqında da məlumat verib.

Material Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çap olunub.


Mənbə:
0
765
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar