• Şikayət et

Zelenski Putinə nə göndərib?

Strateji Lisiçanskinin Rusiya tərəfindən işğal olunması yenidən Ukraynanın danışıqlar masasına oturması ilə bağlı müzakirələri aktuallaşdırıb

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə "Luqansk Xalq Respublikasının azad edilməsi haqqında" məruzə edib.

Bu barədə RusiyaMüdafiə Nazirliyinin rəsmi açıqlamasında deyilir.

Bundan əlavə, Şoyqu bildirib ki, “Rusiya Federasiyasının Silahlı Qüvvələri Luqansk Xalq Respublikasının xalq milislərinin bölmələri ilə birlikdə Lisiçansk şəhəri və yaxınlıqdakı bir sıra ərazilərə tam nəzarəti ələ keçirib. Nazir “son 24 saat ərzində azad edilən ərazilərin ümumi sahəsinin 182 kvadrat kilometr təşkil etdiyini” açıqlayıb.

Buna paralel olaraq, yenidən Ukraynanın danışıqlar masasına oturması ilə bağlı müzakirələr aktuallaşıb. Britaniyanın xarici işlər naziri əvvəl olduğu kimi, yenə də qətiyyətlə danışıqların əleyhinə olduqlarını açıqlayıblar. Britaniya XİN-də Ukraynanın qələbə qazana biləcəklərinə inanırlar.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer də bildirib ki, Qərb Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməməlidir. Bu barədə TASS Almaniyanın ZDF telekanalına istinadən xəbər verir. Ştaynmayerin sözlərinə görə, Ukrayna “yenidən öz suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini bərpa etməlidir”. “Biz Ukrayna üçün elə bir vəziyyət yaratmalıyıq ki, onun danışıqlara başlamazdan əvvəl onu gücləndirək, onun danışıqlar üçün bir şeyləri olsun”, - Almaniya prezidenti bildirib.

Ştaynmayer onu da qeyd edib ki, sülh danışıqları yoluna nə vaxt getmək barədə qərar Ukraynanındır. O, Ukraynadakı vəziyyətin Almaniya üçün nəticələrinə toxunaraq, "ola bilər ki, bizi hələ çətin illər gözləyir" deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, “Qərbdə gec-tez sağlam düşüncə qalib gələcək və Ukrayna Rusiya ilə danışıqlar aparacaq”. Peskov “Rossiya 1” tekanalında yayımlan “Moskva. Kreml. Putin” proqramına açıqlamasında deyib ki, “danışıqların zamanı gələcək, ukraynalılar bizim bütün şərtlərimizi bir daha başa düşməlidirlər”.

Peskov iyunun 30-da İndoneziya prezidenti Coko Vidodonun Kremldəki danışıqlardan sonra mətbuata Zelenskidən Putinə mesaj çatdırdığı barədə dediklərinə də aydınlıq gətirib. “Mən prezident Zelenskinin mesajını prezident Putinə çatdırdım”, - deyə, Vidodo “iki lider arasında dialoq qurmağa hazır olduğunu” ifadə edib.

Lakin sonradan Zelenskinin ofisi İndoneziya prezidenti vasitəsilə Putinə mesaj göndərildiyini təkzib edib. Peskov öz növbəsində “söhbət hansısa yazılı mesajdan getmir. Sizə deyə biləcəyim yeganə şey budur”, - deyə Kremlin sözçüsü bunun şifahi mesaj olub-olmadığını açıqlamayıb (musavat.com).

Orxan ƏLİYEV

Mənbə:
0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar