EN

Alonso “Aston Martin”lə çempion olmaq istəyir

“Formula-1” üzrə dünya çempionatının ikiqat qalibi Fernando Alonso hazırda şərəfini qoruduğu “Aston Martin”lə çempion olmaq, həmçinin “Dakar” rallisində çıxış etmək istəyindən danışıb:
“Həmişə can atmalı olduğun zirvə var. İndi mən “Formula-1”ə köklənmişəm. “Aston Martin” ilə çempionatın qalibi olmaq istəyərdim – karyeramın və bəlkə də həyatımın zirvə nöqtəsi olardı. “Dakar” rallisində qələbə də arzuların siyahısındadı. Hər şey gəlib bir nöqtədə kilidlənir: həmişə mükəmməlləşmək, daha yaxşı olmaq istəyirəm. Bütün karyeram boyunca əas motivasiya mənbəyi budu. Heç vaxt olduğum vəziyyətdən razı qalmıram. Sabah, növbəti həftə, növbəti ay daha yaxşı olmaq istəyirəm. Belə uzun müddət ərzində məni yarışlara qatılmağa məcbur edən məhz bu hissdi”.
Chosen
95
football-plus.az

1Sources