EN

Fransada solçular yeni seçilən baş nazirə etimadsızlıq votumu irəli sürəcək

Bakı. Trend:

Fransada sol blokun ən böyük partiyası olan “Əyilməz Fransa”(LFI), eləcə də Sosialist Partiyası (PS) və Kommunist Partiyası(PCF) ölkənin yeni baş naziri Mişel Barnyeyə etimadsızlıq votumuirəli sürəcək.

Trend ölkənin yerliKİV-lərinə istinadən xəbər verir ki, bu barədə LFI deputatı ErikKokrel deyib.

“Biz etimadsızlıq votumu irəli sürəcəyik və düşünürəm ki, “YeniXalq Cəbhəsi”ndən olan tərəfdaşlarımız da bunu edəcəklər”, - obildirib.

Qeyd edək ki, sentyabrın 5-də növbədənkənar parlamentseçkilərinin başa çatmasından 60 gün sonra Fransa prezidentiEmmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyinedib. O, bu vəzifədə ən yaşlı siyasətçi olacaq və BeşinciRespublikanın ən gənc baş naziri, 35 yaşlı Qabriel Attalıəvəzləyəcək.

Məqalədə:
Chosen
7
46
az.trend.az

10Sources