EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - problemlərin orijinal həll yolunu tapın. Ekstravaqant hərəkətlər və qərarlar zamanıdır. Təxəyyülünüzü məhdudlaşdırmayın. Parlaq ideyalar ola bilər.

Buğa - iki həftə əvvəl yaranmış mürəkkəb problemin həllini tapmaq üçün əlverişlidir. Həll yolu asan olmasa da, hər halda hərəkət etməyin gərəkdiyi istiqaməti müəyyənləşdirə biləcəksiniz. Gözləmədiyiniz, bel bağlamadığınız dəstəyi alacaqsınız.

Əkizlər - baş verənlərə rəğmən soyuqqanlı və təmkinli davranın. Təxribatlara uymayın. Mühüm qərarları müstəqil şəkildə qəbul edin. Məsləhət almaq fikriniz varsa, olayların məcrasında maraqlı olmayan, obyektiv insanı seçin. Hadisələrin bu və digər formada inkişafında maraqlı olmayan insan sizə yardımçı olacaq.

Günün ikinci yarısında situasiyanı obyektiv dəyərləndirin. Yaxın ətrafınızdakı insanların mənfi reaksiyasına və tənqidlərinə hazır olun. Ailədə kiçik problemlər, dostlarla mübahisələr istisna deyil. Çalışdığınız insanlarla nəzakətli davranın. Axşam saatları sakit istirahət üçün yaxşı zamandır. 

Xərçəng - yaxşı ideyalarınız pis deyil. Məqsədə çatmaq üçün başqalarının təcrübəsindən yararlana bilərsiniz. Uğurlar gözləntilərinizdən də artıq olacaq. Qəfil təkliflər və dəvətlər istisna deyil.

Şir - yeni, genişmiqyaslı işə başlamağa dəyməz. Tələskənliyə yol versəniz, emosional olsanız, özünüzlə yanaşı, ətrafdakı insanların da əhvalını korlayacaqsınız. Maliyyə çətinlikləri istisna deyil. Bəzi əşyaların alınmasını təxirə salın.

Qız - müsbət təmayüllərin təsiri güclənir. Amma ciddi problemlər yaranmayacaq. Böyük məbləğlə risk etməyin. Maliyyə avantüralarına qatılmayın. Sürətlə, asan şəkildə gəlir əldə etməyə çalışmayın.

Tərəzi - planlarınız və niyyətləriniz barədə yaxınlarınıza danışa bilərsiniz. Yardımlardan imtina etməyin. Müstəqil işləməyə can atmayın. Birgə fəaliyyət və əməkdaşlıq daha effektivdir. Problemlərin həlli yaradıcı yanaşma tələb edir.

Əqrəb - işlərin əvvəlcədən nəzərdə tutulmuş plan çərçivəsində getməməsi sizi ruhdan salmasın. Dediklərinizi dərhal anlamırlarsa, soyuqqanlı olun. Problemlərin həllini tapa bilərsiniz. Sadəcə, qüvvələrinizi və situasiyanı real dəyərləndirin. Bunun üçün gərəkli nüanslar var. Alış-verişdə bədxərclik etməyin.

Oxatan - baş verənlərə rəğmən nikbin olun. Situasiyanı yanlış dəyərləndirməyin. Gün çətinliklərdən xali deyil, amma sonuc pis deyil. Yeni ideyaları sürətlə həyata keçirəcəyinizi düşünməyin. Bununla belə, həmin ideyaları unutmayın. Vaxt gələndə, onları həyata keçirə bilərsiniz.

Oğlaq - soyuqqanlı olun, təmkinli qərarlar verin. Kimsəyə imkan verməyin ki, sizi təbdən çıxarsın. Günün ilk yarısında əhvalınız korlanarsa, emosional qərarlar verməyin. Yaşlı qohumlarla ünsiyyətdə problemlər ciddi deyil.

Dolça - işlər pis deyil. Problemlər yaransa da, onlar önəmli deyil. Layiq olduğundan artıq inandığınız insanlar problem yaradacaq. Sinirlənməyin, aqressiv olmayın. Baş verənləri dəqiq qiymətləndirib davranışınızda dəyişikliklər edin.

Balıqlar - uğurlu və sərfəli gündür. Qəfil nailiyyətlər, xoş təsadüflər istisna deyil.

Milli.Az

Chosen
246
36
mia.az

10Sources